Qadin.NET / Xasiyyətiniz necədir?

Xasiyyətiniz necədir?

Xasiyyətiniz necədir?

Əlbəttə ki, hər kəs özünə bələd olmaq istəyir. "Mən kiməm? Ətrafdakı insanlar mənim barəmdə nə fikirləşir? Xəyallarımın kişisi odurmu?" - bu kimi bir cox başqa suallar daima bizi düşündürür. Qadınların bütün bu istəklərini nəzərə alaraq "Woman Journal" eksklüziv testlər hazırlayıb ki, onlardan biri də geydiyimiz qiyafənin xarakterimizə uyğunluğudur.

Gəlin testə başlayaq!

1. Səncə, toy nədir?

a) Sevimli insanları bir araya toplamaq üçün bəhanədir. Əyləncə ilə dolu bir gün.

b) Mentalitetdən yaranmış adətlərlə və mahnılarla keçən bir mərasim.

c) Özünün fərqli tərəflərini nümayiş etdirmək üçün bir fürsət.

d) Həyatın ən vacib anı. 

Xasiyyətiniz necədir?

2. İLk baxışdan məhəbbətə inanırsanmı?

a) Belə də olur.

b) Məhəbbət incə işdir, burada tələsmək olmaz.

c) Hər şey əhval-ruhiyyədən asılıdır.

d) Başqa cür məhəbbət olmur. 

3. Hansı ünsür daha çox sənin qəlbinə yatır?

 

a) Od

b) Torpaq

c) Su

d) Hava

4. Hansı söz birləşmələri sənin həyat devizindir?

a) Hərəkət - həyatdır.

b) Cəld ol, amma tələsmə.

c) Hər şey dəyişir.

d) Uzun ömür, cansağlığı. 

Xasiyyətiniz necədir?

5. Bal ayını harada keçirmək istərdin?

a) Uzaq və kimsəsiz bir adada. 

b) Məşhur kurortlardan birində.

c) Qeyri-adi bir yerdə - dağlıq bölgədə və ya səhrada.

d) Romantik bir məkanda - dəniz kənarında.

Nəticələr:

Əgər cavabların əksəriyyəti "a" variantıdırsa:

Siz liderlik üçün doğulmusunuz, şərtləriniz sərtdir. Dəmir kimi iradəyə, qızıl ürəyə və çox güclu bir ağıla sahibsiniz. Sınaqlardan qorxmayan, ünsiyyətcil və eyni zamanda optimist insansınız.

 Əgər cavablarınızın əksəriyyəti "b" variantına uyğun gəldisə: 

Qərarlı insansınız, sizə hər şeyi etibar etmək olar. "Yer və səma kimi dayanıqlı" deyimi məhz sizin üçündür. Ənənələrə sabitlik və sərtlik sizin qiymətləndirilən xarakterinizdir.

Əgər cavablarınızın əksəriyyətini "c"  variantı təşkil edirsə: 

Siz sevgi dolu, incə ruhlu bir insansınız. Romantik görüşlər və incəlik sizə hava kimi lazımdır.

Əgər cavablarınız "d" variantını göstərərsə: 

Xarakteriniz dəyişkəndir. Bəzən heç özünüz də bilmirsiniz ki, növbəti addımınız nə ola bilər? Əksəriyyət sizi avanqard hesab edir, lakin bu, onlara sizin kiçik və şirin səhvlərinizi sevməyə mane olmur. Həmişə ideallığa can atırsınız. Bunun öhdəsindən çox yaxşı gəlməyi bacarırsınız.

21 dekabr 2013
GO BACK