Bu il…Bəlkə də növbəti il …
Testdən keçərək evliliyə hazır olub olmadığınızı öyrənin.
1.Ailə qurmaq barədə düşünəndə ağlınıza nə gəlir?
A.Qəşəng ağ gəlinlikdə dost və qohumların təbrikini eşidirsiniz.
B.Həyat yoldaşınızla birgə ilk övladınız üçün ad seçirsiniz.
2.Sizcə ideal həyat yoldaşı…
A.Yaxşı yumor hissinə malik,diqqətcil ,mehriban və gözəl kişi.
B.Məntiqli ,mərd, etibarlı və sizə sadiq olan bir insan.
3.Onun məhəbbətinin sübutu budur…
A.O,doğum gününüzü və tanış olduğunuz tarixi ,baş verən hamısını dəqiq xatırlayır.
B.O,dediklərinizlə razılaşmasa da həmişə sizi dinləyir.
4.Hansı hadisədən sonra məhz bu kişinin həyatınızın sevgisi olduğunu anladız?
A.Həmişə sözünün üstündə durduğunu başa düsəndən sonra
B.Onunla möhkəm dalaşıb ,kəskin sözlər deyərək xətrinə dəydiyinizə görə əziyyət çəkəndə.
5.Ailə həyatı qurandan sonra xoşbəxt olacaqsınız ki...
A.Uzun illik ər axtarışı prosesi nəhayət ki sona çatdı.
B.İndi həyatınızın qalan hissəsini birgə keçirmək istədiyiniz insanla bərabərsiniz.
A çoxluğu
2012-ci ildən tez olmayacaq
Bəli ,toyda ünvanınıza söylənəcək ‘xoşbəxt’ olun sözünə gülümsəyərək təşəkkür etmək və ya ‘mənim ərim‘ kəlməsini deməyə alışmağınızı fikrinizdə canlandırırsınız.Nigahda olma fikri sizi cəlb etsə də,azadlığınızı məhdudlaşdırmağa və qəti seçim etməyə hələ tam hazır deyilsiniz.
Heç kəslə məsləhətləşmədən həyatınızı istənilən an dəyismək imkanından zövq alın.
B çoxluğu
2010-cu il ərzində
Tez–tez biz sözünü işlədir və partnyorunuzun əhvalını yarı baxışından başa düşürsünüz,o isə sizi necə xoşbəxt etməyi bilir.Sizin üçün toy mövcud olan məhəbbətinizi bir daha qeyd etmək üçün əlavə bəhanədir. Yalnız geyim seçiminə ciddi yanaşmaq lazımdır ki,sözün hər mənasında ideal olan cütlüyünüz daha da harmoniyalı görünsün.