Qadin.NET / Özünə inam testi

Özünə inam testi

Özünə inam testi

Özünüzə inamınız hansı dərəcədədir, bilmək istərdinizmi?

Elə isə  sizə təqdim etdiyim bu testin suallarına doğru cavablar verməyə çalışın. Cavabları bir kağıza qeyd edərək testi bitirdikdən sonra nəticəni yoxlaya bilərsiniz.  

 

 1.İş və ya universitet üçün  etdiyiniz müraciət rədd edilərsə siz istedadınızdan şübhə edərsinizmi?

 a)bəli b)xeyr 

 2.Böyük insan topluluqları səni qorxudur ya qarışdırırmı ?       

a)bəli b)xeyr

3.Bu an qarderobunuz köhnə əşyalarla doludurmu ?                         

a)bəli  b)xeyr

4.Davamlı olaraq özünüzə güzgüdə baxırsınızmı ?                            

a)bəli b)xeyr

5.Yeriyərkən ya da yolda birini gözləyərkən bədən qurluşunuzu dik   tutursunuzmu ? 

 a)bəli  b)xeyr

6.Çox vaxt insanların sizin haqqiınızda dedi-qodu etdiyini   düşünürsünüzmü?

a)bəli  b)xeyr

7.Rəsmi geyimli biri(polis və b)sizə yaxınlaşarkən ürəyiniz tez-tez  döyünürmü?

a)bəli b)xeyr 

8.Yeməkxanada, nəqliyyatda, küçədə  sizə birinin baxdığını  və ya sizə baxıb güldüyünü hiss edirsinizmi?

a)bəli b)xeyr

9.Tanımadığınız bir ölkəyə bilet udsanız ya da sizə bilet versələr tək   getməkdən qorxarsınızmı?

a)bəli  b)xeyr

10.Sevdiyiniz adama eşqinizi elan edə bilərsinizmi?

a)bəli b)xeyr

11.Çox vaxt pis yuxular görürsünüzmü?

a)bəli  b)xeyr

12.Bir  problem yarandiqda  onu tək başına həll edə bilirsinizmi?

a)bəli  b)xeyr

13.Təcili vəziyyətlərdə "qara gün"  üçün yığdığınız pulunuz varmı?

a)bəli  b)xeyr

14.Valideynlərinizin sizi sevdiyini hiss edirsinizmi?

a)bəli  b)xeyr

15.Hər gün yeni bir şey öyrənməniz gərəkdiyinə inanırsınızmı?

a)bəli  b)xeyr

16.Satın aldığınız bir şeyi geri qaytarmaqdansa zərərinə qatlanaraq istifadə  etməyə üstünlük verərdinizmi?

a)bəli  b)xeyr

17.Səylərinizin çox vaxt müvəffəqiyyətsizliklə nəticələndiyini  hiss   edirsinizmi?

a)bəli  b)xeyr

18.İnsanlar çox vaxt sizdən məsləhət istəyirmi?

a)bəli b)xeyr  

Özünə inam testi

Əgər verdiyiniz cavab aşağıdakı cavablarla eynidirsə hər cavaba 2 xal verin. Uyğun gəlməyən hər cavab təbii olaraq, 0 xalla qiymətləndirilir.

    1.xeyr    

2.xeyr

3.xeyr

4.xeyr

5.bəli

6.xeyr

7.xeyr

8.xeyr

 9.xeyr 

10.bəli

  11.xeyr 

 12.bəli

13.bəli

 14.bəli 

15.bəli

 16.xeyr

 17.xeyr

18.bəli

Özünə inam testinin nəticəsi

35-44:Bu aralar özünə inam mövzusunda problem yoxdur.İnsanlar öndərlik və ilham üçün  sizə güvənirlər.Ancaq ola bilsin ki, bəziləri sizi özünü bəyənən və əzici olduğunuzu  düşünürlər.Doğrusunu demək gərəkirsə sizdə bir az eqoistlik var.Sizi öldürməyən şeyin sizi gücləndirəcəyinə inanirsınız.Böyük mütəfəkkir Höte demişkən:" İstənilən hər şeyi etmək üçün  insan özünü olduğundan daha yaxşı hiss etməlidir".

 

20-36:. BU tip insanlar  özünə inamda güclü və zəif tərəfləri olanlardır.Bu test yoluyla qorxularınızı təyin edə bilər, onların etibarlılığını yoxlaya bilər və istəsəniz onları düzəldə bilərsiniz.

 

6-18:  Qorxaq və özünə inanmayan, başqalarının öndərlik və rəhbərliyinə ehtiyac duyan birisiniz.Həyatı gözəl yaşamaq üçün bir az dəstəyə ehtiyacınız var.Bilməmək sizi bezdirməsin.Öyrənmənin sehirli qapıları həmişə üzünüzə taybatay açiqdir.

 

 0-4 : Bu nadir hallarda rast gəlinən nəticədir.Əgər bu nəticəni əldə etmisinizsə  mütləq məlumatlı birindən-psixiatr, həkim və ya din adamindan məsləhət almalısınız.Həyat sizin üçün qorxu və narahatçılıqlarla doludur. 

13 dekabr 2012
GO BACK