Qadin.NET / Bədbəxt evliliklərin təməl səbəbləri

Bədbəxt evliliklərin təməl səbəbləri

Bədbəxt evliliklərin təməl səbəbləri


Bu yazıda evliliklərin niyə yaxşı başlayıb yaxşı davam edə bilməməsinin səbəblərini ortaya qoymağa çalışacağıq. Sonu boşanmayla bitən evliliklərin sayı heç də
az deyil.

Boşanmalar çoxalsa da tərəflər evlilik təcrübələrinə davam edirlər ,ancaq problemin qarşıdakında axtarılıb, cütləri bu mənfi nəticəyə çatdıran səbəblər həll edilmədikcə, eyni nəticə təkrar edilib davam edir. 

Evlilik, hər şeydən əvvəl həyata iki şəxsiyyətin birgə başlanğıcı və bir həyat formasıdır. Bir-birinə dəli- divanə aşiq iki adam göz -gözə, diz- dizə, əl-ələ bir əlaqə yaşayarkən bu yerini zamanla döyüş, səs-küy, təhqir və ən sonunda da ayrılığa verir.

Evlilik anlayışını dəqiqləşdirmək lazımdır. Çünki evlilikdə bir tərəfin dediyinin olması və bu uğurda edilən davalar ən ümumi problemdir. Evliliyin təməlində paylaşma olmalıdır. Fərqli şəxsiyyətlərə, fərqli zövqlərə, fərqli məşğuliyyətlərə və fərqli dünyagörüşünə sahib olmaq normal qarşılanıb hörmət edilmədikcə evlilik bitir ya da problemli gedir.

Zidd qütblər sevgili ikən bir-birini çəkər amma evlilikdə itələyər. Sevgiliniz xaricə dönük, şən biriykən, siz də içə qapalı, sakit bir quruluşa sahibsinizsə, bir-birinizə doya bilməzsiniz. Siz onda coşğunu, o sizdə dincliyi tapar. Amma bir də evlilik reallaşdığında cütlər davamlı fərqli şeylər etmək istəyəcəklər. Fərqli şəxsiyyətlər, bir-birləriylə simpatiya qura bilməzlər,buna görədə bir-birlərini anlaya bilməzlər. Bir müddət sonra qarşılıqlı məmnuniyyətsizliklər, günahlandırmalar, cinsi cəza və cütlüklərin bir-birindən uzaqlaşma müddəti başlar. Evliliyin köhnəlməsinə və cütlərin bir-birlərini zədələməsinə səbəb olan "günahlandırma", "tənqid etmə" davranışları artdıqca, əsəbiliklər qaçınılmaz olar. Bu səbəblədir ki, bir-birinə bənzər şəxsiyyət strukturlarının evlilikləri daha sağlam və uzun ömürlü olar.

Günümüzün insanı çox eqoistdir. Maddi mənfəətləri ön planda tutan, iş, kariera, pul kimi maddi vəsaitlər, yeni nəsilin olmazsa olmazları arasındadır. Bu səbəbdən sevgi, hörmət, eşq, xoşgörüş, sədaqət kimi mənəvi anlayışların içi boş qalır. Buna görə də günümüzün insanı dozümsüz və bədbəxtdir.

İş düşkünü insanların sayı get-gedə artır. Qadın ya da kişi evliliyinə və yoldaşına ayıracağı zamanın və enerjinin bütününü işində xərcləyir. 

Artıq bir yastıqda yaşlanılmır. "Olmazsa boşanaram…" məntiqi ilə evliliklər edilir. Kimsə özünü dəyişdirmək istəmir. İşin asanını seçir.

 
Xoşbəxt başlayan evliliklərdə xoşbəxtlik bitməyə məhkumdurmu? 
24 noyabr 2010
GO BACK