Hər şeyə sahibik, əlimizdən gəldiyincə yaxşı bir həyatımız var. Pul qazanır, istədiyimiz kimi yaşayırıq. Amma ...
Axşam evə gəlib qapını açdığımızda, evdə bizi gözləyən biri olmur. İçimizdə böyüyən o böyük təkliyi, nə edilən alver, nə dostlarla keçirilən axşam söhbətləri, nə də səsli əyləncə məkanları kəsmir.
Hər gün dəli kimi çalışırıq. Bir qadın olaraq həm ayaqlarımızın üstündə dayanmağa, həm iş dünyasında kişilərlə mübarizə etməyə, həm varlığımızı qorumağa çalışırıq. Digər tərəfdən qadınlığımızı itirməmək üçün məşğul oluruq.
Ancaq bir yerlərdə bu iş gəlib ürəyimizin ən boş yerinə oturur. "Niyə yalnızam?" Bu problemin cavabını tapa bilmirik. Artıq bir çox qadının bu sualı soruşduğunu bilirəm. Bir çoxumuz yalnızlıqdan ötəri acı çəkir və hətta bu vəziyyətdən utanırıq.
Gunahın özümüzdə olduğunu düşünürük. Əlaqələri bacarmadığımızı, bizdə bir problem olduğunu düşünürük. Bu düşüncələrlə ruhumuzu və ağlımızı o qədər çox qurcalayırıq ki, sonunda buna inanırıq.
Və bir gün, bir şəkildə qarşımıza çıxan, bizə bir az maraq göstərən və hətta bizdəki boşluğu görüb bunu istifadə edəcək qədər təcrübəli eşq fırıldaqçılarına, iki gözəl söz söylədi deyə inanırıq.
Normalda baxmayacağımız adamları başımıza tac edirik. Ardından ağlayıb bizi tərk etməməsi üçün yalvarırıq, sırf getməsin deyə özümüzdən gərəksizcə güzəşt veririk.
Əsla birlikdə olmayacağımız adamları, tək və ağlayaraq yatdığımız bir gecənin səhərində tapıb, ömrümüzün ən qiymətli ləl-cəvahiratı kimi rəftarı edirik. Öz dəyərimizi unuduruq, özümüzü itiririk.
Təklik və getməyən əlaqələr, bu əsrin və bəlkə də bizdən sonrasının da yaşayacağı bir vəziyyət. Üstəlik yalnız bizim ölkəmizdə deyil, bütün dünyada insanın həyat döyüşü ilə eşq döyüşü bir-birinə uymamağa başladı. Ona görə günahı özünüzdə axtarmayın. Nə siz sevilməyəcək qədər çirkin və ya yetərsizsiz deyilsiz, nə ortada gəzən və ov arxasınca qaçan o adamlar sizə haqq edir. Özünüzü acıtmaqdan imtina edin!
Unutmayın siz tək deyilsiniz, yalnız subaysız və bu sizin seçiminizdir!