Qadin.NET / Özünüzə inanırsınızmı? (Psixoloji test)

Özünüzə inanırsınızmı? (Psixoloji test)


Bu test "Özünüzə inanan bir insansınızmı və ya yalnız bu cür təəssürat yaradırsız?" - sualına cavab vermək üçün sizə yardım edəcək. Təqdim edilmiş cavab variantlarından birini seçin:


Suallar:

1. Hansı əl sıxmanı üstün hesab edirsiz?
a) Qısa, lakin möhkəm (bərk) olan;
b) Davamlı və intensiv;
c) Yüngül toxunuş.

2. Sizin bürcünüz?
a) Şir, qoç, oğlaq, buğa;
b) Əkizlər, əqrəb, dolça, oxatan;
c) Balıqlar, xərçəng, qız, tərəzi.
3. Dəriniz nə cürdür?
a) Normal, xüsusi qulluq tələb etməyən;
b) Hissiyyatsız (qeyri-həssas);
c) Quru və həssas.

4. Parkda kiçik skamyada düşüncələrə dalmış (fikrə getmiş) bir qadın oturub. Güman edirsiz ki, ...
a) O tənhalıqda həvəslə qalır;
b) O çox istəyir ki, ona yazıqları gəlsin (acısınlar);
c) Onun hər hansısa problemləri var.

5. Sizə xas olan nədir?
a) Pis hadisəni və kədəri cəld unutmaq;
b) Yalnız özün haqqında düşünməmək;
c) Əgər bir kəsi aldadıramsa, vicdan əzabı çəkirəm.

6. Hansı fiqur sizin daha çox xoşunuza gəlir?
a) üçbucaq:
b) romb;
c) dairə.

7. Hansı idman növüylə hər şeydən daha həvəsli məşğul olardız?
a) Paraşüt idmanı;
b) Suya tullanma;
c) Alpinizm.

Seçdiyiniz cavablar içərisində çox olan (üstünlük təşkil edən) hərfi hesablayın.

Testin nəticəsi:

Əgər cavablarınızın çoxu "a" hərfinədirsə - siz kifayət qədər özünüzə inanırsız, lakin təbii olaraq özünüzü tərəddüddə hiss etdiyiniz durumlarda biganə deyilsiz (və ya bu cür durumlar sizə yad deyil, sığorta olunmamısız). Lakin siz bunu etiraf edə bilirsiz, çünki siz güclü bir şəxsiyyətsiz. Sizə böyük bir qüvvə sərf etmək lazım deyil, adətən onsuz da istədiyinizə nail olursuz.

Əgər cavablarınızın çoxu "b" hərfinədirsə - Özünüzə inamınız bir qədər dəyişkəndir (qərarsızdır). Əgər sizi uzun illərin təcrübəsi saxlayırsa, hər şeyin qaydasında olduğunu hesab edə bilərsiz. Lakin yad insanlar, yeni tapşırıqlar (məsələlər) obyektiv zərurətdənsə (olmaqdansa), sizi daha çox qıcıqlandırır. O zaman əhval-ruhiyyənizdən asılı olaraq ya özünüzə qapılırsız, ya da həddindən artıq özünüzə inanırsız.

Əgər cavablarınızın çoxu "c" hərfinədirsə - Sizdə açıq-aydın müsbət özünə inam (dəyər vermək) çatışmamazlığı var. Ehtimal var ki, ətraf mühitə etibar etməyə öyrəşməmisiz. Özünüzə danlaq və xatirələrlə iztirab verirsiz, baxmayaraq ki, bu minvalla özünüzü həyatın sevincindən məhrum edirsiz. Özünüzə qarşı inamsızlığın səbəbini analiz etmək üçün, zaman tapmağa (ayırmağa) çalışın. Əgər sizdə alınmasa, yardım üçün psixoloqa müraciət edin.

"DAILY WISDOM" İnternet jurnalı

Tərcümə etdi: Fərid Abdullah.

 

11 iyul 2020
GO BACK