Genetik xüsusiyyətlərlə yanaşı, hərəkətsiz həyat, yağlı yeməklərlə qidalanmaq həm ürək, həm də damar sistemi üçün zərərlidir. Ürək, ya da qan dövranı ilə əlaqədar xəstəliklər baxımından risk altında olub-olmadığınızı testi həll edərək öyrənə bilərsiniz. Sizə uyğun gələn bəndin qarşısında verilən mötərizədəki rəqəmləri toplayın.
1. Risk faktoru kişilərdə 45, qadınlarda 55 yaşdan yuxarı olur (1)
2. Son iki ildir damar təzyiqiniz:
- Normaldır (0)
- Yüksəkdir (165/95mmHg dən yuxarı). (1)
- Çox yüksəkdir (180/105mmHg yuxarı). (2)
3. Xolesterol səviyyənizi bilirsinizmi?
LDL xolesterolu 100 cc-də 180 mg-dən yüksəkdir? HDL xolesterolu 100 cc-də 30 mg-dən aşağıdır? (2)
4. Nə qədər siqaret çəkirsiniz?
- Gündə 30-dan az. (1)
- Gündə 30-dan çox (2)
5. Əvvəllər gündə 30 siqaretdən çox çəkirdiniz, daha sonra:
- 10 ildən azdır çəkmirsiniz. (1)
- 10 ildən çoxdur çəkmirsiniz. (2)
6. Normal bədən ağırlığınızı çəkin. Normal çəkiniz indiki çəkini keçib.
- 5-10 kiloqram (0)
- 11-15 kiloqram (1)
- 16 kiloqram və çox (2)
7. İşinizə görə oturaq həyat tərziniz var. Buna görə də çox hərəkət etmirsiniz. (1)
8. Diabet xəstəsisiniz. İnsulindən istifadə edir və ya dərman qəbul edirsiniz. (1)
9. Qohumlarınız 65 yaşdan əvvəl infarkt, 70 yaşdan əvvəl spazm keçirib. (2)
10. Dərman qəbul edirsiniz, siqaret çəkirsiniz və bundan başqa, təzyiqiniz yüksəkdir.
- 30-40 yaş arası (1)
- 40 yaşdan yuxarı (2)
11. Stressli iş rejiminiz var. (1)
12. Davamlı şikayət edirsiniz...
- Ürək ətrafında ağrı. (0)
- Ürək ətrafında ağrı və yanma hissi. (2)
13. Sinə ağrıları:
- Özümü normal hiss etdikdə baş verir (1)
- Gərgin olduğum vaxtda get-gedə artır (2)
- Soyuq havada baş verir (2)
- Ağır yeməkdən sonra başlayır (2)
14. Ağrılar daha çox sinə qəfəsinin solundan...
- Kürəyə vurur. (2)
- Sol qola vurur. (1)
- Hər iki qola da vurur. (2)
- Çənə sümüyünə vurur. (1)
15. Sinə ağrılarının müddəti...
- Bir dəqiqədən az olur (1)
- 1-10 dəqiqə arası olur (2)
- 10 dəqiqədən çox olur (1)
- Fərqli saat və günlərdə olur (0)
16. Sinə ağrılarının dəyişməsi...
- Nəfəs alıb-verdikdə olur (0)
- Sinə qəfəsinin hərəkəti zamanı baş verir. (0)
- Sinənin mövqeyi dəyişdikcə olur. (0)
17. Nəfəsiniz tutulur:
- Normal yeriyərkən. (2)
- Pilləkən və ya da yoxuşu çıxarkən. (1)
18. Gedərkən ayaqlarınıza elə bir ağrı vurur ki, dayanmaq məcburiyyətində olursunuz. (2)
19. Keçmişdə...
- Ayaq, qol və üzdə iflic olmuşdu, sonra keçdi. (2)
- Bədənin eyni bölgələrində gizilti vardı. (1)
- Bir gözümdə bir saniyə, ya da bir neçə dəqiqə davam edən keçici korluq olmuşdu. (2)
Nəticə
Yüksək risk
Testin ilk hissəsində (1-11 suallar) 6 bal topladınızsa, ürək-damar sistemiylə əlaqədar hansısa xəstəliyə tutulma riskiniz bir xeyli yüksəkdir. Həddindən artıq çəki, yüksək təzyiq, qanda yağ nisbətinin yüksək olması, siqaret kimi risk faktorlarını artıran ünsürlərdən qısa vaxt ərzində xilas olmalısınız.
Testin ikinci hissəsində (12-19 suallar) 6 baldan yuxarı bal topladınızsa, bu o deməkdir ki, ürək-damar sisteminizdə bəzi problemlər var. Vaxt itirmədən həkimə müraciət edin. Çünki laqeydlik etsəniz, yaxın zamanda ürək xəstəliklərindən birinə tutula bilərsiniz.
Orta risk
Birinci hissədə balınız 6-dan aşağıdırsa, ürək-damar sistemiylə əlaqədar xəstəliklərə tutulma riskiniz aşağıdır. Ancaq ikinci bölmədə balınız yenə 6-dan aşağıdırsa, risk faktorlarını mütləq nəzarət altında saxlamanızda fayda var.
Diqqət!
Testi tamamladıqdan sonra özünüzü sağlamlığınız mövzusunda zəmanət almış kimi hiss edə bilərsiniz. Bu, sizə dünyanın ən xoşagəlməz işi kimi gəlsə də nizamlı olaraq müəyyən qaydalara əməl etməlisiniz. Bir çox xəstəlik son ana qədər əlaməti olmadan inkişaf edir. Və artıq müdaxilə etmək istədiyiniz zaman çox gecikmiş ola bilərsiniz. Sonrakı peşmançılıq əvəzinə indidən tədbir görmək daha yaxşıdır.
XƏBƏR LENTİ
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Rəngarəng pərdə modelləri
Azərbaycanda gənclər günüdür
İnsanın bütün həyatını çəkə biləcək mini-kamera yaradılıb
Azərbaycan əsgərlərini görən erməni hərbçiləri qaçır - VİDEO
Qiyməli kələm (foto-resept)
Rus dili dərs-24
Təhsil Nazirliyi YENİ TƏKLİF hazırladı - Summativlərin ləğvi ilə bağlı
Kleopatranın makiyaj sirləri
Gözəl qız üz ləkəsi ilə meydan oxuyur
Evdə fransız manikürü
Həkimlər xəbərdarlıq edir
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Azərbaycan - doğma yurdum
Forer effekti
Baharın gəlişi şəkillərdə
İdman edənlər, DİQQƏTLİ OLUN: Bu ayaqqabılar çox təhlükəlidir
Bakıda evlərin kreditlə satışında qadağa
Azərbaycandan iki uşaq beynəlxalq övladlığa verildi
2017 gəlinlik modelləri
7 il əvvəl yoxa çıxan qoyun qayıtdı
Qarabağı bu ölkənin ordusu azad edəcək
Noxud şorbası (foto resept)
Paxlanın faydaları
Giləmeyvələr
Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi
Xanımlar üçün gecəliklər
Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq
Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”
Bu qız piyada gəzmir və Tanrı sayılır
Madonna 6 övladının FOTOsunu paylaşdı
5 aylıq mübarizədən sonra koronavirusdan sağaldı
Azərbaycanda havanın temperaturu 16 dərəcəyə yüksələcək
Cavabsız suallar...
Sinem Kobaldan Hamiləlik Açıqlaması
Ağ Ev Malikiyə təpindi
Qızıl bazarında "qızıl dövr" başlayır
Mənim toxuduqlarım
Azərbaycanda ana adına namizədlərə xoş xəbər
Sərdar Ortaç qəza keçirmiş xanımı haqqında danışdı-FOTO
Pişikləri sahibləndirmək üçün...
Maykl Ceksonun həyatı film olur
Məktəblilərin payız tətili başladı
Zahanın qalereyası
Aleyna Tilki geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
"Facebook"dan yenilik: Gizli və "yoxa çıxan" mesajlar
Baş ağrısının yeri səbəbini göstərir
Məşhur dietoloqdan vacib açıqlama: “İnsanlar yaşa dolduqca...”
Mobil telefona görə sahibini tanımaq olar
Türk şirkəti "kitayski" London taksilərini Bakıya daşıyır
- ŞƏRHLƏR