Bəzi insanlar həyatda çətinliklərlə rastlaşır və bu çətinliklərdən güclü və yeni insanlar olaraq çıxırlar. Zərərli və zəhərli münasibətdən xilas olmuş qadınların qazandığı 5 xüsusiyyət:
1. Yüksək dərəcədə duyğusal zəka, empati və şəfqət
Bu insanlar öz fərqindəliyi ilə başlayan yüksək dərəcədə duyğusal zəkaya sahibdir. Bu qadınlar başqaları ilə empati qurma bacarığına sahibdirlər. Adətən başqalarının nə hiss etdiyini asanlıqla anlayırlar, digər canlılara şəfqətlə yanaşırlar.
2. Problem həll etmə bacarıqları
Bu növ münasibətlərdən sağ çıxan qadınların çoxunun problem həll etmə bacarığı vardır. Problemi necə həll edəcəklərini və çətin hallarda uzlaşmağa necə gedəcəklərini bilirlər. Zəhərli və zərərli münasibət təcrübələri sayəsində, güclü insan olaraq yeni bacarıqlar qazanmışlar.
3. Dürüstlük
Bu qadınların çoxu dürüstlüklərini ifadə edə bilir və hərəkətləri sözləri ilə uzlaşır. Bunun sayəsinda başqaların güvən hissi yaradırlar.
4. Qazandıqları təcrübələrə görə sağlam münasibətlər qura bilirlər
Bu təcrübəni qazanmış qadınlar gələcəkdə sağlam və dəyərli münasibətlər quraraq daha xoşbəxt olurlar.