İnsanların çoxu güclü qadınları, evində özləri ilə qocalmaq istəyən kişi düşməni qadın olaraq görürlər. Müstəqil qadın, bir münasibət yerinə öz daxilində xoşbəxtlik tapmağın doğru olmadığını düşünsə də, bu sevgi tapmaq istəmədikləri mənasına gəlmir.
Güclü qadınlar, eşqi tapmaq üçün çalışan, ancaq dəyərlərindən əl çəkmək istəməyən qadınlardır. Güclü qadınlar üçün hörmət hər zaman ön plandadır.
Güclü qadınlar, hər işlərini özləri həll etməyə çalışırlar. Ana və ataları tərəfindən belə böyüdülüblər. Öz pullarını özləri qazanmaq istəyirlər. Evdəki bütün təmir işlərindən başları çıxır. Bir kişiyə məcbur qalmadan da həyatlarını davam etdirə bilirlər. Bütün işlərini özləri edirlər. Hətta ətraflarının yükünü də öz üstlərinə götürürlər. Azadlığı sevirlər. Buna görə bir kişidə axtarılan xüsusiyyətlər bu qadınlar üçün dəyişir və fərqliləşir.
Heç bir zaman eşq siyahılarında birinci yerdə deyil.
Kişilərin eşqlərinə inanmırlar. Buna səbəb olan gördükləri ya da yaşadıqları hadisələrdir. Eşqdə daha çox məntiq çərçivəsində yaşayırlar. Vəziyyət belə olanda da eşq, ümumi tərifindən uzaqlaşır. Tutqu və dərin duğular yerini güvən və hörmətə verir.
Əsil qorxuları tənha qalmaq deyil, səhv insanla qalmaqdır.