Qadin.NET / Qadınların hislərini ələ verən 9 vəziyyət

Qadınların hislərini ələ verən 9 vəziyyət

Qadınların hislərini ələ verən 9 vəziyyət

Dilin söyləmədiyini bəzən bədən dili söyləyir. Bəyəndiyiniz yaxud sevdiyiniz qadının oturuşundan, duruşundan, hərəkətlərindən, baxışından əsl hislərini anlaya bilərsiniz. Siz qadınlar, qiddət! İstəmədən mənfi, müsbət hislərinizi aşkar edə bilərsiniz.

Qadınların hislərini ələ verən 9 vəziyyət

Başını sola əyərək dinləyir.

Səhər yeməyində nə yediyinizi, avtomobilinizin 100 km-i neçə saniyəyə getdiyini bilmərik, amma hərəkətlərinizdən nə fikirləşdiyinizi deyə bilərik. Sizi dinləyərkən, gözlərinizin içinə baxarkən, başını azca sola əyməsi, söylədiklərinizə çox bağlı olduğunun işarətidir.

Qadınların hislərini ələ verən 9 vəziyyət

Hərəkətlərinizi təkrarlayır

Qarşınızdakı ilə “ yaxınlaşmaq” istəyənlərdə bəzən “mimetizim”  deyilən bir hadisə görülür. Fərqində olmadan sizin hərəkətlərinizi təkrarlayır. Saçınızı qaşısanız, saçını qaşıyır. Ayağınızı ayağınızın üzərinə atıtsınız, oda eynini edir. Mütəxəssislər buna yamsılama deyirlər. Özünü sizə yaxın hiss etmək istədiyini göstərir.

Qadınların hislərini ələ verən 9 vəziyyət

Qollarını birləşdirir

Sizi diqqətlə dinləyən kimi edir, amma qollarını birləşdirir. Bu özünü içinə bağlama hərəkətidir,  rahat olmadığını göstərir. Aranızda bir məsafə yaradır. Eyni şəkildə aranıza çay stəkanı, çörək səbəti kimi əlinə keçəni qoyursa da, eyni hiss edir. Amma aranızdakı əşyaları qaldırıb kənara qoyarsa, doğru yoldasınız.

Qadınların hislərini ələ verən 9 vəziyyət

Önə tərəf əyilir

Bu yaxınlaşma istəyini göstərir. Qarşınızdakı sizinlə və söylədiklərinizlə maraqlanırsa, sizə tərəf əyiləcək. Özünü qabağa əymə hərəkəti, sizin onu daha yaxşı görmənnizi təmin etmək üçündür.

Qadınların hislərini ələ verən 9 vəziyyət

Əlini çənəsinə qoyur

Əlini çənəsinə qoyur və zaman-zaman gözlərini sizdən qaçıraraq başqa tərəfə baxır. Sizi hələ yoxlayır, sizə necə dəyər verəcəyinə qərar verməyə çalışır deməkdir. Bu hərkəti ilə sizə “ Məni hələ inandıra bilməmisən” mesajı verirlər.

Qadınların hislərini ələ verən 9 vəziyyət

Sizə toxunur

Əli əlinizə, dizi dizinizə toxunur. Bu hər zaman hesablı şüurlu hərəkət olmaya bilər. Yəni o saat xəyal qurmağa çalışmayın. Amma bu hərkətin mənası çox açıqdır. Qarşısındakına yaxınlaşma arzusu! Mesajı alıb, bu hərəkəti şüurlu hala gətirmək sizə qalmışdır.

Qadınların hislərini ələ verən 9 vəziyyət

Diqqət, yalan deyir!

Yalan danışırsa, diqqətinizi dağıtmaq üçün etdiyi bəzi şüursuz hərəkətlər onu ələ verəcəkdir. Danışarkən əli ilə ağzını tutursa, burnu ilə, saçları ilə davamlı oynayırsa.. yəni üzünə və başına əli nə qədər çox aparırsa, yalan demə riski də o qədər çoxdur. Çünki yalançılar əllərini məşğul etmək istəyir.

Qadınların hislərini ələ verən 9 vəziyyət

Boynunu qaşıyır

Söhbət sırasında, qarşınızdakı əli ilə boynunu, yaxud qolu  ilə oynayırsa, yaşadınız. Bu onun “ sizin onu tumarladığınızı xəyal etdiyini göstərir”. Yəni bu bilinc altından gələn hərkətlər boşuna, yaxud təsadüfi deyil.

Qadınların hislərini ələ verən 9 vəziyyət

Göz bəbəkləri böyüyür

Baxış, tək başına bir “hərəkət” sayılmaz. Amma hislərinizi bildirər. Göz bəbəklərinin böyüməsi əslində işıqla bağlı bir məsələdi. İşıq nə qədər azsa, göz bəbəkləri o qədər böyüyür. Amma parlaq bir işıqda da göz bəbəkləri də böyüyə bilər. Bu da böyük bir arzu istəyidir. Əlinizə qolunuza hakim ola bilərsiniz, amma göz bəbəklərinizə hakim ola bilməzsiniz.

2 aprel 2017
GO BACK