Qadin.NET / Elm adamlarının gözü ilə qadınlar

Elm adamlarının gözü ilə qadınlar

 

Elm adamlarının gözü ilə qadınlar

Fizik

Qadının dili F=ma düsturu kimi hər şeyə əvəzdir. Onun ürəyi 30.000 volt gərginlikli cərəyan mənbəyidir. Əlləri ifratkeçiriciliyə malik xassəylə bu cərəyanı toxunduğuna keçirir.

Ufoloq (astronom)

Onlara yaxınlaşmaq lazım deyil. Onlar özləri səni cəzb edib öz peyklərinə çevirəcəklər. Zərif bildiyimiz bu məxluqlar "Qara dəlik " (nəhəng qalaktikaları udan burulğan) kimi istədiklərini udmağa qadirdirlər.

Kimyaçı

Qadınlar qliserindir(şirin və güclü zəhərli maddə). Onlar natrium silikat kimi adama yapışır, sonra isə sulfat turşusu kimi onu kömürləşdirirlər.


Bioloq

Qadınla ilan arasında fərq ondan ibarətdir ki, ilan sürünür, qadın süründürür. Onun dili pələng qədər yırtıcı, özü isə kəpənək qədər  zərifdir. Bir sözlə, qadìn tamamlanmamış DNT-dir.

Tarixçi

Qısa deyə bilərəm ki, qadın SSRÎ tarixidir. Bu tarix yalan yazılmış və zorla insanlara sevdirilmiş mənasız, lazımsız bir tarixdir.

 

Coğrafiyaşünas

Qadın "körfəz" və "boğazlar" kimi insanı qardaşdan, bacıdan, ata-anadan ayırır. Onun ürəyindən axan qandan Ölü dəniz, gözəlliyindən isə meşə landşaftları, fauna ve flora yaranıb.

Riyaziyyatçı

Qadının gözəlliyi monoton artan, ağlı isə monoton azalandı. O,mələyin törəməsidir. Lakin biz onu inteqrallaya bilmirik.

 

Dilçi alim

Qadìn xəbər əsasında formalaşmış cümlədir. O,felin icbar növüdür. Əvəzlik kimi hər şeyi əvəz edir, yerində  işlənir və sualına cavab verir.

 

Ədəbiyyatşünas

Onunla tanışlığın əvvəli M.P.Vaqifin poeziyası kimi nikbin, axırı isə M.V.Vidadinin poeziyası kimi bədbindir. Dili  daim İzzəddin  Həsənoğlunun qəzəlləri kimi ritorik suallarla doludur. Dilində  hər zaman tapmaca, yanıltmac və ya qarğışlar olan bu incə məxluqların həyatına daxil olan kəslərin taleyi Çingiz Abdullayevin əsərlərində öz əksini tapmışdır.

Mühəndis

Hər bir proyekti tamlıği ilə göstərib maketin qurmaq olar. Amma qadını  heç bir vəchlə. Çünki bir eyib və  bir gözəllikdən ibarət maketi düzəldib dayanıqlı etmək mümkün deyil.

Iqtisadçı

Rəqabətin ən inhisar forması qadınlar arasında gedir. Onlar  heç  bir iqtisadi  öhdəlikləri qəbul etməyən  əmtəə  növüdürlər  və  bu  əmtəə  sıfır  qiymətindən  insanların həyatı  ilə ölçülə  bilən dəyərə  malikdir.

 

20 avqust 2011
GO BACK