Qadin.NET / Yalnız yaşayan qadınlar daha xoşbəxtdirmi?

Yalnız yaşayan qadınlar daha xoşbəxtdirmi?

Xalq arasındakı məşhur bir inanc qadınların subay olanda daha müvəffəqiyyətli, kişilərin də evli olduqlarında daha yaxşı vəziyyətdə olduqlarını bildirir.

Bir başqa inanc isə evlənmənin hamı üçün daha yaxşı olduğunu, evliliyin insanları daha xoşbəxt etdiyini, daha sağlam və hətta daha uzun müddət canlı saxladığı deyilir.

Yaxşı, bəs həqiqət nədir? Bu mövzuda dünyada  müxtəlif təcrübələri incələyən mütəxəsis psixiloq Mehmet Başkak, qəribə nəticələr əldə etdi:

 

Yalnız yaşayan qadınlar daha xoşbəxtdirmi?

Boşanan və yenidən evlənənlər daha qısa yaşıyırlar

“ İnsanlar ümumilikdə evlilikdən sonra xoşbəxt olmurlar. Evli kişilərin və evli qadınların münasibətləri ilə bağlı olaraq müəyyən vaxtla məmnuniyyətsizliyin artdığı təsbit edildi. Evlilikdə ən çox xəyal qırıqlığına uğrayan qadınlar olur. 1912-ci ildə bu günə qədər olan uzun ömürlü təcrübələrə görə, ən uzun yaşayanlar subay və evli olanlardır. Boşananlar, boşanan və təzədən evlənənlər daha qısa yaşayırlar.

Ümumilikdə qadınlar daha çox boşanma davası açırlar

1867-ci ildə ABŞ-dakı boşanmaların təxminən yüzdə 62-si qadınların istəyi ilə olmuşdur və bu rəqəm günümüzdə artıq yüzdə 70-ə yaxınlaşıb.

Həyat yoldaşlarının ölümünə qadılar daha tez öyrəşirlər.

Bəzi evliliklər bir həyat yoldaşın ölümü ilə nəticələnir və bu həm kişilər, həm də qadınlar üçün kədərli ola bilir. Yenə də, qadınların kişilərə görə daha tez bir şəkildə həyat yoldaşlarının ölümünə  öyrəşdiklərini göstərən sübutlar var.

Boşanan qadının yenidən evlənməyi daha az düşünülür.

Bir evlilik sona çatdığında, nə səbəblə olursa olsun, qadınlar kişilərə görə təzədən evlənməyi daha az yoxlayırlar. Yenidən evlənməyi qadınlara  nisbətdə kişilər iki dəfə çox fikirləşir.

Qadınlar tək yaşayarkən kişilərdən daha yaxşı vəziyyətdə olurlar.

ABŞ-dakı yaşlılar haqqında edilmiş araşdırmalar, qadınların tək yaşayarkən, kişilərdən daha yaxşı vəziyyətdə olduqlarını, ancaq kişilərin digər insanlarla yaşayarkən nisbətən daha yaxşı olduqları bilindi. Qadınlar tək yaşayarkən maraqlandıqları şeylər üçün daha çox vaxtları olarkən, kişilər başqası ilə yaşadıqlarında sevdiklər işləri etmək üçün daha çox zamana sahib olurlar.

Qadınlar, istər tək istər başqası ilə yaşasınlar, sahib olduqları dost sayından hər zaman məmnundular. Fəqət bu fərq tək yaşadıqlarında daha da böyüməkdədir. Qadınların yüzdə 71-i, kişilərin isə sadəcə yüzdə 48-i sahib olduqları dost sayından məmnundular.

Qadınlar yalnızlıqlarının kefini daha yaxşı çıxara bilirlər. 

Qadınların kişilərdən daha çox yalnızlıqlarının kefini çıxardıqları haqqında bəzi göstəricilər var. Tək vaxt keçirməkdən xoşlanıb xoşlanmadıqlarını soruşduqda, qadınların kişilərdən daha çox vaxt keçirməkdən xoşlandıqlarını deməsi daha çoxdur.

Qadınların bəzən niyə tək yaşadıqlarını daha yaxşı olduqlarını bilmirik. Bir ehtimal, bir ər və uşaq yerinə tək yaşayaraq qadınların ənənəvi rol və gözlənilənlərdən qurtulmasıdır. Artıq bir ailə üçün qısa müddətli aşbaz, paltaryuyan və xidmətçi deyildilər. Xərcləmiş olduqları pula görə başqasına hesab verməli deyildilər“.

 

1 mart 2017
GO BACK