Qadin.NET / Qadınların dözə bilmədikləri

Qadınların dözə bilmədikləri

Əgər məndən əks cinsin mənfi xasiyyətlərinin siyahısını tutmağı xahiş etsəydilər,mən bunu çox asanlıqla edərdim,lakin könülsüz...Çünki,düzünü desəm,dostlarımın,tanışlarımın mənə kişilər barədə danışdıqlarından özünəməxsus ensiklopediya yığmaq olar.Bəzən rəfiqələrimizlə 1 fincan kofe içərək söhbət edirik. 

Kimdən? Bütün söhbətlərimiz onlara aiddir...

Bu məsələdə bizim narazıçılığımıza səbəb, əks cinsin istənilən çatışmamazlığı ola bilər.Bu çox vacibdir-azacıq boş vaxt və yaxşı dinləməyi bacaran qulaqlar,qalanları isə bizim zəngin fikirlərimiz-oda ki həmişə hazırdır.Çox vaxt biz nəyi müzakirə edirik, mətbəxdə oturub narazı olduğumuz nələrsə barədə qurduğumuz xəyalları?Bəs nəyi rəfiqəmizə deməyə tələsmirik? Niyə ürəyimizin dərinliklərində saxladığımız sirrləri demirik?

Sirri açmağa çalışacam.

Biz çox sərbəst şəkildə ən adi həyati suallar barədə onları səfeh adlandırırıq (bu da ola bilsin ki,acığa olsun,çünki onlar bizi ümumiyyətlə həyatda səfeh adlandırırlar.Əlbəttə ki,bu hamıya aid deyil).Burda gülməli danışıqlar ortaya çıxır ki, Nurayın əri corabları yuyub və bişirib"Taid"-lə vedrədə qaynatmaq istədiyi halda.Yada ki, Gülərin əri gedib yaxınlıqdakı bazarlıq üçün super marketə  bahalı ərzaqlar alıb və bir qab "popkorn". Yəqin bunu rəfiqələrimizə danışmaq ayrıca zövq verir. 

Biz dözə bilmirik - 4 günlük etdiyimiz bazarlığı kişi 1-2 günə yesin.Buna tək aid deyil ketçap,kolbasa və digər yediyimiz yeməklər, həmçinin buna aiddir yoqurtlar,pendirlər və hətta kahını belə.Onlarda içkiyədə ölçü yoxdu. Bir şüşə pivə susuzluğu yatırmaya kişiyə kifayət edər. Hələki o bir vedrə pivəni içib üstündən də bir araba kilkə yeyib qurtarmayınca sakit olmayacaq. :) Sizi yalnız o xilas edə bilərki maraqlı futbol matçı getsin, dua edin ki, başqa kanalda "Formula 1" canlı yayım getməsin.Belə vəziyyət qonaqlıqda da baş verə bilər son içkilər qurtarmayınca evə getmək real ola bilməz.

Biz dözə bilmirik - nə vaxt ki yaxşı olmayanı onlar qulaqlardan ötürürlər,onlar üçün rahat olmayan mövzunu hansı ki, onların müdaxilə etməsi məsələni yaxşılaşdıracaq.Belə hallarda onların sevdikləri kəlmələri "Sən həmişə hər şeyi çətinləşdirirsən!", ya da "Mənim vaxtım yoxdur belə boş məsələlərə!".Çox vaxtı isə belə sözlər bizi qıcıqlandırır, lakin bizim üçün də pis olmazdı kişilərdən bu xüsusiyyəti öyrənək sağlamlığımıza görə sinir sistemimizi pozmayaq.

Biz dözə bilmirik - simic, səfeh, özünüsevən, özündənrazı ,yalançı kişiləri.

 Amma bunların hamısı o qadına aiddir hansı ki, öz həyat yoldaşlarını sevmirlər.Ancaq onlara dözürlər və öz məqsədləri üçün istifadə edirlər.Ona görə ki həqiqi sevən qadın bunların heç birini görmür.O, öz sevdiyini o necə varsa elə qəbul edir.

7 iyul 2011
GO BACK