İlk olaraq xanımlara belə bir sualla müraciət etmək istərdim. Necə düşünürsünüz, ağıllı qadın özünü müqayisə və təhlil etmə bacarığına sahib olmalıdırmı? Yoxsa cazibədar bədən quruluşu və gözəl sima ilə kifayətlənməlidir?
Əlbəttə ki, xoşa gəlmək üçün xanımın bəyənilməyi çox önəmlidir. Amma ağıl burda xanımın əsas şarmıdır.
Belə bir deyim var: Ağıllı beyin –qadının əsas silahlarından biridir. Valideynlər qız uşaqlarının təhsilə məsuliyyətli yanaşmaqlarını daha çox istəmələrinin əsas səbəbi onların kübar, incə və ən əsası isə ağıllı xanım kimi cəmiyyətdə öz mövqelərini tutması istəyidir. Ağıllı bir şəxs olmaq cəmiyyətdə nüfuzludur. Qadın ağıllı olarsa, həmçinin özünü çətin vəziyyətlərdən çıxarmağı bacaracaq bunla yanaşı başqa xanımlara da gözəl örnək olacaq. Çünki biri var ağıllı olmaq, biri var “ Ağıllı ANA” olmaq. Ağıllı olmaq ailədə də özünü büruzə verir. Uşaqlarına tərbiyyə ilə yanaşı elm, bilik aşılamaq da qadınların vəzifəsidir.
Qadın ağıllı olarsa, kişilər də ağıllı olar! Kişiləri böyüdən onlarda əxlaqı aşılayan biz analarıq. Qadına qarşı münasibəti elə qadın özün kişiyə aşılayır. Ağıll eyni zamanda qadını nüfuza aparan bir yoldur – ağıllı olmaq faydalıdır. Ağıllı qadın nə istədiyini bilir o adi cılız sözlərlərə reaksiya verib həyatını çətinləşdirmir. Ağıllı qadın sözünün axırını əvvəldə deyib münaqişə yaratmır. O lazım olan yerdə söz haqqından istifadə etməyi və davranışlarını tənzimləməyi bilir.
O həm ağlından, həm də gözəlliyindən yararlanır. Özünü zərif aparır. Bu isə həmişə kişilərdə xanımına qarşı "daha da nəzakətli olmalıyam" fikrini aşılayır. Ağıllı qadın xoşbəxt olmağı, sevməyi, gülməyi bacarır. Ən çətin anlarda belə pozitivliyini qoruyub saxlaya bilir.
Hərdən ağıllı qadınlar haqqında “ Onu həyat öyrətdi” kimi sözlər də deyilir. Amma bu hər zaman belə olmur. Həyatın sizi öyrətməyini deyil, özünüz həyatda nələrisə öyrənməyinizə şərait yaradın. Çünki ağıllı olmaq bir xanım üçün çox vacibdir, dəyərli xanımlar.