Beləliklə qadınlıq haqqında 10 mif xəbərimizin ardına davam edirik.
6. Sakit səs, dərin baxışlar.
Məsələn, götürsək, "İşdə məhəbbət macərası" filmində direktor rolundakı Lüdmila Prokofyevnanı. Məgər o direktor olsa da, qadınlığını itirmişdir? Heç də belə deyil. Əksinə bu detallar onlara daha da şarm qatır.
7. Yemək bişirmək və təmizlik etmək qadınlıqdan məhrum edir.
İndi təsəvvürünüzdə bir qadın canlandırın, əynində xalat, arxasında uşaqlar ətəyindən yapışıb, qadın silir, süpürür, ütüləyir, paltar yuyur, yemək bişirir, saçlarını da sarıyıb. Təsəvvür etdiniz? Bu təsvirlə məgər qadın qadınlıqdan çıxır ki? Mən belə düşünmürəm! Əksinə qadını qadın edən edən elə bu cür işləridir. Qadının gücü də bütün bu kimi işlərin öhdəsindən gəlməklə, yenidən öz baxımına, qulluğuna davam edə bilməsindədir. Hər birinizə baxımlı qalmağı arzu edirik!
8. Qurban tələb edir.
Belə bir mif də var ki, qadının qadın kimi gözəl və cazibədar görünməsi üçün maliyyə məsələləri yerli yerində olmalıdır, manikür, pedikür, kosmetika, sağlara qulluq və s. Bunlar təbii ki, yüksək madiyyatla olmasa da olar, çox da bahalı vasitələri almağa nə gərək var axı? Əsas məsələ qadının misalçun öz yerişinə, duruşuna və bədən ölçüsünə düzgün diqqət etməsindədir.
9. Uşaq doğmayan qadın qadın kimi deyil.
Bu absurd bir düşüncədir. Ən azında heç ailə qurmayıb dünyaya uşaq gətirməyən ruhani qadınları düşünsək, qadınlığa doğurqan olmağın elə də böyük bir təsiri olmadığını görərik.
10. Qadınlığa daha çox yatqın qadınları güclü sevirlər.
Bu da mənasız fikirdir. Elə olsaydı dünyaca məşhur, fanatları olan gözəl-göyçək teleulduzların sevgililəri, yaxud yoldaşları niyə onları tərk edib başqalarının yanına gedirlər? Demək ki, məsələ bunda deyil. Sevmək gözəllik keyfiyyətlərinə görə olmur, sadəcə olur, vəssalam.