Qadin.NET / Qadınlıq haqqında 10 mif (1)

Qadınlıq haqqında 10 mif (1)

Keçən əsrdən bəri dünyada qadın statusu elə güclü dəyişib ki, zərif cinsin nümayəndələri demək olar ki, hər gün əvvəlki problemlərə xarakterik olmayan qəribə çətinliklərlə üzləşirlər. Elə indi də qadınlıq məsələsi kəskin olaraq qalır. Gəlin, qadınlıq haqqında 10 mifə nəzər salaq. 

1. Bu anadangəlmədir.

Qadınlıq haqqında 10 mif (1)

Bizim burun formamız anadangəlmədir və onu güclü istək nəticəsində dəyişmək olar. 

Qadınlıq qazanılır, tərbiyə edilir və yetişilir. Kimisi bunu artıq uşaqlıqdan edir, kimisi isə daha sonrakı yaş mərhələlərində inkişaf etdirməyə istək duyur. Elə, ya da belə bu mümkündür, əsas məsələ inkişafı istəməkdir. 

2. Qadınlıq ancaq kişinin yanında olanda inkişaf edir. 

Qadınlıq haqqında 10 mif (1)

Boş söhbətdir! Elə kişilər var ki, qadınlar onların yanında özünüqiymətləndirməsini azaldır, ya da itirməyə məcbur olur. Doğrudur, bəzi kişilər qadınların özlərindəki qadınlığı kəşf etməsinə kömək olurlar, ancaq bu o demək deyil ki, kişilər olmasa qadınlar öz qadınlıq bacarıqlarına yetişə bilməyəcəklər. 

3. Qadının zərifliyi-qadının gücünə bərabərdir. 

Qadınlıq haqqında 10 mif (1)

Bu da yanlış yanaşmadır. Özünüzdə hiperzəriflik, yaxud hipergüc illüziyası yaratmayın. Qadınlığı inkişaf etdirmək üçün supervomen kimi yanan bir evə atılmaq, yaxud uşaq kimi ərköyünlük etməyə gərək yoxdur. Qadınlıq eyni zamanda adekvatlıqdır, tamamlıqdır. 

4. Əsas formadır, fiquradır. 

Qadınlıq haqqında 10 mif (1)

 

Bəzən bədən şəkli, fiquranı olduqca şişirdirlər. Ancaq tarix boyu qadınlıq parametrləri heç də həcmdə olmayıb. (Baxmayaraq ki, müasir dövrdə buna daha çox diqqət edilir). Qadınlıq  Audrey Hepburn obrazında da ola bilər, Cenifer Lopes, deyək ki, Tamara Qversideli obrazında da və hətta Tereza ana obrazında da. 

5. Qadınlıq və karyera bir-birinə ziddir. 

Qadınlıq haqqında 10 mif (1)

 

Bu yalnız o halda ola bilər ki, qadın hər bir şeydə kişiyə bənzəməyi həddindən artıq çox istəyər. Səsinə artırdığı sərtlik və hərəkətlərindəki özünəinamlılıq qadınlığı yox etməz, əksinə obraza yeni çalarlar gətirər. Karyera pilləkənində qalxmaq qadını özü olmasından çıxarmaz. Əsas məsələ budur ki, doğru nərdivanı seçə biləsən. 

Ardı var... 

12 iyun 2016
GO BACK