Hörmətli xanımlar !!!
Bəylərinizin yalanını aşkar etmək haqqında heç düşünmüsünüzmü ??
Gəlin, öncə həqiqətin nə olduğunu təhlil edək .Həqiqət özündə konkretliyi ehtiva edən adaptasiyasız bir informasiyadır . Siz qarşınızdakı insana sual verərkən cavab almağı gözləyin. Cavab qısa və konkret olur, “ bəli ” və ya “ xeyr ”.
Qarşı tərəflə ünsiyyət zamanı buna diqqət yetirin.
İndi isə sizə “ yalan” ın aşkara çıxardılmasından ötrü bir neçə texnikanı nəzərinizə çatdırmaq istərdim.
1) İQNOR –Bu texnikadan adətən insanlar sualdan yayınmaq üçün istifadə edirlər .
2) Özünü keyliyə qoymaq – Sizin verdiyiniz suala qarşı tərəf özünü keyliyə qoyur, elə bir vəziyyət yaradır ki, güya sizi anlamır .
3) Vicdana təsir – Sizin verdiyiniz suala qarşı “Sən hələ də məni indiyə kimi tanımamısan ? ” “Doğurdanda sən məni hələ də tanımamısan? “ kimi kəlmələr işlədirlər .
4) Həqiqət vasitəsi ilə yalanın söylənilməsi – Baxın məsələn: Sevgiliniz sizə həyatında başqa birinin olduğunu deyir və sizin xoşagəlməz reaksiyanızla qarşılaşanda dediklərinin yalan olduğunu bildirir. O zaman onu yoxlayın.
5) Suala sualla cavab vermək – Sizin verdiyiniz suala düşünmədən tez bir zamanda sualla cavab qaytarılır. Məsələn: “Bu gün səni bir xanımla görüblər o xanım kim idi?” “Onu sənə kim dedi ?” “ Nəyə görə mənə belə suallar verirsən? ” məhz bu kimi cavablandırmalar sualınızın cavabını havada qoyur !