Qadin.NET / Hansı yaşda nə etməli?

Hansı yaşda nə etməli?

Fərqli ehtiyac, narahatlıq, xəyal, gözləmə, iqtisadi vəziyyət hallarında psixologiyaya görə fərqli iqtisadi qərarlar veririk. Qadınların yaş dövrünə görə alması lazım olan maliyyə fəaliyyətləri. Baxaq, görək, sizin vəziyyətiniz necədir?

Hansı yaşda nə etməli?

Alara, 20 yaşında gənc bir qadın, nə olsam, deyə düşünür. Xəyalları böyükdür. Əlindən tutanı olsa, Marsa belə gedəcək. Selin, 33 yaşına yeni basdı, evlilik təlaşındadır. Sonunda xəyalındakı eşqi tapdı, toy üçün günlərini sayır. Evini bəzəyəcək , qəşəng geyinəcək, uşağı olunca ona doğum günü ziyafətləri keçirəcək. Ebru, 44 yaşında, evli və iki uşağı var. İrəliyə baxaraq narahatlıqları və gözləmələri ona həyatını sorğulayır. "Doğru işdəyəmmi , şəxsi həyatımda haqq etdiyim yerdəyəmmi?" deyir. Rəfiqələri ilə olan əlaqələrini nəzərdən keçirir. Həyata baxışı şəkillənir sanki. Yogaya başlamışdır. Hülya, 57 yaşındadır, nə lazımdırsa xərcləyərək gənc qalmaq istəyir çünki. İnsanları və hadisələri həll etmiş, artıq "özünlə maraqlanma" hormonları baş qaldırır. Uşaqları cavan, zamanı daha çox, yarı zamanını Bodrumda keçirməyi xəyal edir, amma maddi cəhətdən imkanı çatmadığı  üçün bir cür olmur. Saidə, 65 yaşında, təqaüd maaşının içinə sıxışmış, "məndən keçdi artıq" deyir. Bilmir ki, ömür uzandı, ən az 20-25 ili var. Gözünü bağlayıb düşünür, görəsən, kimlər üçün vacibəm? Niyə uşaqlar daha tez-tez axtarmırlar məni? Alt qonşunu səhər qəhvəsinə çağırır. Hər yaşın özünə xas gözəlliyi və dərinliyi var. Fərqli ehtiyac, narahatlıq, xəyal, gözləmə, iqtisadi vəziyyət, psixologiyaya görə fərqli iqtisadi qərarlar veririk. Buna görə də qadınların yaş dövrünə görə alması lazım olan maliyyə fəaliyyətləri bunlardı. Baxaq, sizin vəziyyətiniz necədir?

Hansı yaşda nə etməli?

20-li yaşlar.

• Mütəşəkkil olmağa başla. Bankdakı hesabından paltarlarına qədər sahib olduğun hər şeyin siyahısını tut. Xeyr, tez deyil.

• Kredit qeydindən xəbərin varmı? Bəlkə hələ meydana gəlmədi amma bir gözünün orada olması üçün yaxşı bir vərdişdir. Ev, avtomobil alarkən lazım olacaq.

• Yarım günlük iş də olar həftəlik part time da . Sən iş vərdişi qazanmağa bax.

• İlk gəlirin etibarilə yazılı büdcə tut. Əyləncəyə ayırdığın pulu, nəqliyyatı hamısını yaz.

• Təcrübə edəcəyin miqdar kiçicik olsa belə pulunu yığ.

• Zəngin ər axtarmaq yerinə, səni sən olduğun üçün sevən, ucaldan yoldaşlıqlar et.

Hansı yaşda nə etməli?

30-lu yaşlar

• Oturub karyeranı gözdən keçirmək üçün gözəl bir zamandır. Artıq bir müddətdir iş həyatındasan. İndi bir addım geridə dur və düşün. Artıq, olmaq istədiyin yerdəsənmi?

• Öz gəlirinlə tətilə getməyə başladın. Mədəni fəaliyyətləri də laqeyd etmə. Nə ipin ucunu qaçırıb borca gir, nə də tətilə getməməzlik et.

• Bu zamana qədər kredit qeydini yüksək tutanlar kredit çəkmə mərhələsində faydasını görəcəklər təbii ki.

• Evlilik və uşaq böyütmə mövzuları gündəmə gələ bilər. Borcalanmamaq üçün hər biri üçün ayrı-ayrı pul rəhbərlikləri planla.

• Ətraf nə deyər deyə deyil, özün üçün geyin, al, gəz.

Hansı yaşda nə etməli?

40-lı yaşlar.

• Təcrübə üçün ciddiləşmə vaxtıdır.

• Kirayədə oturmağa davammı? Yoxsa ev satın alma kimi bir hədəf təyin etmisən?

• Borcların varsa, bağlamaq üçün bir borc planı tutmağın daha yaxşıdır. Borclarına diqqət yolu budur.

• Pulun varsa, özünə uyğun risk alıb investisiya et (ki irəlidə rahat yaşayasan).

• Artıq təqaüd maaşının təxmini nə qədər olacağını və bu ankı mövcud yığımını bilirsən.

• Bundan sonra da eyni dik duruşun davam edəcək. Çətin vəziyyətlər üçün yığdığın təcili vəziyyət fonunu laqeyd etmə.

• Xəyal qırıqlıqlarını tez atlat, öz işinə bax. Həyat bir dəfə yaşanır. Onu xüsusilə gözəl yaşa.

Hansı yaşda nə etməli?

50-li yaşlar.

• Gəlirin düşəcək. Düşündüyün məbləğin aşağısındasanmı? Həyat keyfiyyətindən güzəşt vermədən qısabiləcəyin nələr var, bir bax.

• Uşaqlara verilən maliyyə dəstəyi gözdən keçirmə vaxtıdır. Yavaşdan ayaqlarının üzərində dayanmağa başlamalılar. Sakitcə  bir danışın və gözləmələrini öyrənin.

• Uşaqlar kiçiksə həyat sığortası, təhsil sığortası düzəltdir, risklərə qarşı onların gələcəyini təhlükəsizliyə al.

• İkinci bir ev almaq üçün özünə ikinci hədəf qoya bilər və təcrübə əldə edə bilərsən.

• Gözəllik uğruna,  olmayan pullarını sərf etmə ; dostlar səni gözlərin gülür deyə sevir.

Hansı yaşda nə etməli?

60-lı yaşlar.

• Riskli həyatlar bir az daha geridə qalır amma bu demək deyil ki, pul yığmağı buraxacaqsan.

• Toy var, ey millət. Uşaqları evlendiririk. Həddindən artığa qaçmadan, göstəriş etmədən. Onların bu ən xoşbəxt günündə əlimizdən gəldiyincə dəstəkləyəcəyik.

• Evini kiçildib, səyahət büdcəni artıra bilərsən. Bu həyatda bir dəfə yaşayırıq.

Hansı yaşda nə etməli?

70-li yaşlar.

• 20-li yaşlarda iş həyatına addım atarkən çəkdiyin karyera planından bir dənə daha lazımdır. Bu səfər karyeranı necə bitirəcəyini planla. Öz elastik iş təqvimini yarat. Bütün o təcrübələrindən faydalanmaq istəyən insanlar olacaq. Bəlkə uzaqdan dəstək ola bilərsən.

• 30 illik köhnə paltarları kiməsə ver, ya da  at. Özünə yeni paltarlar al. Yenilik enerjisi ilə bol ol.

• Ver. Ver. Ver. Sevgini, zamanını, diqqətini, əşyalarını. Vermək ən böyük zənginlikdir. Verdikcə bərəkət artar.

• Unutmayın, hər nə etsəniz edin, sizi siz edən dəyərlərdən uzaq qalmayın.

4 aprel 2016
GO BACK