Qadin.NET / Qadınların ayrılıq sonrası suallara 17 cavabı

Qadınların ayrılıq sonrası suallara 17 cavabı

Kimi yastığına sarılıb ağlayaraq günlər keçirir. Kimi isə mismar mismarı sökər deyərək özünü yeni başlangıçlara buraxır. Hamınızın özündən bir parça tapa biləcəyi ayrılıq sonrası müddəti sizlər üçün qadınlardan soruşduq və cavabları burda yerləşdiririk.

Qadınların ayrılıq sonrası suallara 17 cavabı

1. İynələyici mahnılar paylaşmaq, sözlərini hər yerə yazmaq, hətta lazım olsa, alnımıza döymə etdirmək.

2. Ayrıldıqdan sonra filmlərdəki kimi əllərində çiçəklərlə qapınıza  gələcəyini xəyal etdiyiniz sevgilinizin, yaxın yoldaşlarıyla futbol izləməyə getdiyini görmək.

3. Whatsappda online olub olmadığına baxarkən gözlərimizin pozulması və ətrafda uçuşan "son görülmə tarixi" yazıları görmək.

4. Sevginizin sonsuza qədər sürəcəyini zənn edib döydürdüyünüz döyməni sildirmək üçün yana-yana döymə sənətçisi axtarmaq.

5. Facebook vəziyyətinizi "Yeni bir həyata salam deyək o zaman" şəklində aktuallaşdırarkən evdə oturub  ağlamaq.

Qadınların ayrılıq sonrası suallara 17 cavabı

6. Geyinmənizə icazə vermədiyi o qısa  ətəkləri, paltarları dərhal ortaya çıxarmaq.

7. Ayrılıq ehtimalı heç düşünmədiyi üçün  kreditlə alınan tətil paketi ləğv etdirməyə çalışmaq, ləğv olmazsa, sizinlə getməsi üçün bir yoldaşınızı razı etmək.

8. Hər melodiyası acı fışqıran mahnılar dinlərkən belə ətrafdakı insanlara çox əylənirəm imici göstrmək.

9. Bütün paylaşma saytlarından birlikdə olduğunuz fotoşəkilləri silib, çox gözəl çıxdığınız bir selfieyi profil fotoşəkili etmək.

10. Facebook əlaqə vəziyyətinizi "qarmaqarışıq" olaraq yeniləmək.

11. Sizdə qalan əşyalarını bir çamadana doldurub onun bir yoldaşına təslim etmək.

12. Özünüzü ən yaxın gözəllik salonuna  atıb, daha sonra peşman olacağınız köklü imic dəyişiklikləri etmək.

13. Rəfiqələrinizlə aliş-verişə  gedib, aldığınız hər məhsuldan sonra bir az daha yüngülləşmək.

14. "Görəsən o, nələr edir?", deyə ictimai media hesablarına baxıb səhvən fotoşəkilini bəyənmək.

15. Sevgilinizdən əvvəl sizinlə maraqlanan amma sizin üz vermədiyiniz kişilərə qəflətən "necəsən “ deyə mesaj atmaq.

Qadınların ayrılıq sonrası suallara 17 cavabı

16. "Bir qadın varmış, hər şeyi bilirmiş, hər şeyi" deyilən falçılara bir çox pul tökmək.

17. "Yox –yox  o mənsiz  qala bilməz, qəti iki həftəyə barışarıq", dedikdən sonra yeni sevgilisiylə olan fotoşəkilini görmək.

13 yanvar 2016
GO BACK