Qadin.NET / Qadınların ən çox danışdığı 10 mövzu

Qadınların ən çox danışdığı 10 mövzu

Qadınların ən diqqətə çarpan xüsusiyyətlərindən biri də bir mövzunu ən incə detalına kimi danışmalarıdır. Yeni çıxmağa başlayan sevgililər hansı gözəllik salonunda saçlarını fenlədiyi, bu qız çox gözəldir və çox gözəl geyinir kimi ifadələr.

Qadınların toplanıb bir araya gəldiklərində mütləq danışdıqları 10 mövzu .

Qadınların ən çox danışdığı 10 mövzu
 1- Kişilər.                                                    

Kişilər qadınlar üçün hər tərəfli danışılan bir mövzudur. Məsələn, yaraşıqlı kişilər, zəngin kişilər, karizmatik kişilər, əzələli kişilər, hansı kişi hansı qızı sevir, hansı kişi kimə söz atmış qadınların ən imtina edilməz mövzusudur. Geyindiklərini, danışdıqlarını, kaşlarından saçlarına qədər hamısı danışılan mövzuya daxildir.

Qadınların ən çox danışdığı 10 mövzu

2- Mağaza endirimləri.

Bu mövzu da qadınların vazgeçilməzlərindən biridir. Bir-birlərini endirimli mağaza mövzusunda mütləq xəbərdar edərlər və özlərinin endirimdən aldıqlarını göstərir, ya da izah edərlər. Digər yoldaşının da gedib alması bu fürsətdən yararlanmasını istəyərlər.

Qadınların ən çox danışdığı 10 mövzu

  3- Pul

Əgər işləyirlərsə, aldıqları maaş üzərindən ya da kimin nə qədər pul qazandığı, geydiyi paltarın qiyməti, nə qədər pullarının olduğu, nə qədər pul varsa, o qədər xoşbəxtlik olduğu, bəzən də pulun önəmsizliği, sağlamlığın gözəlliyi haqqında danışarlar.

Qadınların ən çox danışdığı 10 mövzu

4- Cinsəllik

Əgər bir-birlərinə çox yaxın rəfiqədilərsə, sevgilinin sevişmə bacarığı belə söhbət mövzusu ola bilər. Bir araya gəldiklərində nələr etdikləri, ilk əvvəl hansının əlini tutduğu, öpüşüb öpüşmədikləri, nələr söylədikləri və s. hamısını bir-bir izah edə bilərlər.

Qadınların ən çox danışdığı 10 mövzu

5- Alış-veriş.

Heç şübhəsiz ki, qadınların ən böyük hobbiləri alış-veris etməkdir. Alırlar, alırlar lakin heç bir zaman geyəcək bir şeyləri yoxdur. Bunun üçün bol- bol mağaza gəzməyə, sonra da aldıqlarının və gördüklərinin söhbətini etməyi çox xoşlayarlar. Aldıqları hər vəsait, əşya, bir digər qadını çox maraqlandırar. Aldıqları geyimləri, haradan neçəyə və necə kreditlə aldıqlarını danışırlar.

Qadınların ən çox danışdığı 10 mövzu

6- Digər qadınlar.

Söhbət yerində o an orda olmayan hər qadın digər qadın əhatəsinə girər və mütləq söhbət mövzusu olurlar. Müsbət ya da mənfi olaraq dərhal hər tərəfli onun haqqında müzakirə aparırlar. Bu qız bununla çıxır, bu qızın sevgilisi çox çirkindir, amma çox varlıdır, kimi söhbətlər edərlər.

Qadınların ən çox danışdığı 10 mövzu

7- Baxım məhsulları.

Saç baxımı və bədən baxımıyla əlaqədar nə qədər krem, baxım məhsulları, losyon, makiyaj vəsaitləri varsa, ən incə detalına qədər danışarlar. Öz makiyaj vəsaitlərini, markalarını danışıb bitirmədən, digər qızlardan kimin nə cür gözəl makiyaj etdiyi, kimin heç makiyaj etmədiyi, kimin şişirtdiyi və s. danışılar. Kimin hansı ətiri istifadə etdiyi qətiliklə verilən  suallardan biridir.

Qadınların ən çox danışdığı 10 mövzu

8- Maqazin

Hansı məşhur, kiminlə, harada, nə zaman, nə etmiş, eynilə bir maqazin proqramı havasındadırsa, ətraflı olaraq aralarında danışarlar və mühakimələr, tənqidlər edərlər. Kim hansı gün hansı maqazin proqramını izləyir, mütləq bilirlər.

Qadınların ən çox danışdığı 10 mövzu

9- Pəhriz, çəki mövzusu.

Qadınların gündəmlərini məşğul edən bir digər mövzu isə çəki mövzusudur. Nə yesəm, nə yeməsəm həftədə iki, üç, beş kilo verdirən pəhrizlər, möcüzə reseptlər ,dərmanlar, rejim siyahısı təklifləri vs.danışılar.

Qadınların ən çox danışdığı 10 mövzu

10 - Keks – yemək reseptləri.

Biri digərinin əvvəlki axşam nə yemək yediyini və qonağı gəldiyində ona nələr təqdim etdiyi mövzusunda, söhbətlər edərlər. Ən sadəsindən bir makaronu belə çox diqqətlə, reseptini verərək bir-birlərinə izah edərlər. Bir yeməyi hamısı ayrı çeşidlərdə hazırlayarlar və ən gözəl halı hansıdır, bunu da müzakirə edərlər. Daha sonra dillərində bir sonrakı yığıncaq günü üçün ediləcək tortların reseptləri dolanar.

2 yanvar 2016
GO BACK