Qadin.NET / Müdrik qadın ağıllı qadından nə ilə fərqlənir?

Müdrik qadın ağıllı qadından nə ilə fərqlənir?

Müdrik qadın ağıllı qadından nə ilə fərqlənir?

Ağıllı olmaq, ya da xoşbəxt olmaq- bu sizin seçiminizdir. Oxuyun və bilin ki, əsl müdrük qadın, əri ilə mübahisəli vəziyyətlərdə özünü necə aparar və buna görə də bu cür xanımları heç vaxt həyat yoldaşları tərk etmirlər.

- Ağıllı qadın ərinin səhvlərini görən kimi bunu onun üzünə vurar. Xatırladır ki, ona bu barədə xəbərdarlıq etmişdi.

- Müdrik qadın ərini dəstəkləyəcək, həvəsləndirəcək və özünü elə göstərəcək ki, güya heç nə anlamadı.

- Ağıllı qadın böhran vəziyyətində hakimiyyəti öz əlinə keçirər, ərinə düzgün yaşamağı öyrədər.

- Müdrik qadın ərinə düzgün yolu incə şəkildə göstərər, məqsədinə çatmaq niyyətini dəstəkləyər.

- Ağıllı qadın bütün uşaqlarının riyaziyyatı bilməsi üçün əlindən gələni edər.

- Müdrik qadın isə uşaqlarına fərdi yanaşar.

- Ağıllı qadın işdə hamıdan yaxşı olmağa çalışar və səhvlərə yol verməz. Bu zaman həmkarlarının əksəriyyəti ona ehtiyatla yanaşarlar.

- Müdrik qadın iş yerində isti və sevgi dolu ab-hava yaradar.

Müdrik qadın ağıllı qadından nə ilə fərqlənir?

- Ağıllı qadın böyük uşaqlarının həyatına müdaxilə edər, onlara uşaqlarını neçə böyütmək və tərbiyə etmək barədə məsləhətlər verər.

- Müdrik qadın öz həyat təcrübəsi ilə bölüşər və həmişə uşaqlarını dəstəkləyər.

- Ağıllı qadın qaynana təsirindən özünü müdafiə etməyi bacarır, valideyinlərdən asılılğını qəbul etmir və həmişə onlarla müstəqilliyi üçün mübahisə aparır.

- Müdrik qadın sakitcə dinləyir və gülümsəyir, həmişə öz bildiyini edir. Bu çox xoş və sevgi dolu olur.

- Ağıllı qadın dünyanı dəyişmək istəyir, ətrafındakı bütün insanlara təsir edir.

- Müdrik qadın özünü dəyişir. Hər kəsi olduğu kimi qəbul edir.

- Ağıllı qadın fikirləşir ki, o adam xoşbəxtdir ki, o dürüstdür.

- Müdrik qadın isə bilir ki, ən böyük dürüstlük xoşbəxt etməkdir.

Müəllif: Olya Valyayeva

3 aprel 2016
GO BACK