Qadin.NET / Qadın olmaq heç də asan deyil...

Qadın olmaq heç də asan deyil...

Qadın olmaq heç də asan deyil...Asan olmamağına sübut kimi bir neçə variant təqdim edirəm. Hər kəs öz fikrini bildirə bilər. 
1. Hər addımdan bir arxadan gələnin təcavüzçü ya adi normal vətəndaşdırmı deyə düşünüb tez-tez geri dönər.
Qadın olmaq heç də asan deyil...
2. Gecə vaxtı hər hansı bir küçədən keçəndə “birdən başıma iş gələr” qorxusu keçirər.
3. Gecə vaxtı küçəyə çıxanların  “qadının bu saatda küçədə nə işi var” suallarını da unutmamalı.
Qadın olmaq heç də asan deyil...
4. Sərnişin avtomobillərində başqa boş yerlər olduğu halda yanında əks cinsin nümayəndəsi oturduğu zaman pəncərəyə sıxılar.
Qadın olmaq heç də asan deyil...
5. Məkana çatmasa belə avtobusdan ən son düşən sərnişinlə eyni anda düşər.
6. Tək başına tanımadığı taksiyə mindiyi zaman taksinin nömrəsini ən yaxın bildiyi insana mesajla göndərər. 
Qadın olmaq heç də asan deyil...
7. Sifariş verdiyi zaman qapını açmazdan əvvəl evdə tək deyilmiş kimi səslənər.
8. Oğlanlar arasından keçməli olanda telefonda danışırmış kimi “Hə, ata artıq çatdım” deyər.
Qadın olmaq heç də asan deyil...
9. Bu cür qorxusu olduğu və etdiyi tədbirləri dilə gətirdiyi  üçün kənardan xəstə təəssüratı bağışlayar.
10. Yanında nişanlısı belə olduğu halda sərnişin avtomobillərində təcavüz edilmə təhlükəsi vardır. 
Qadın olmaq heç də asan deyil...
11. Başqa ölkələrdə qadının “Yox” deməsi “yox” kimi başa düşüldüyü halda ölkəmizdə “yox” deyən qadının əslində naz edərək “hə” deməsinə yozulur.
Qadın olmaq heç də asan deyil...
12. Təcavüz edildiyi halda səsini çıxarmağa çəkinər, “günah özündədir” sözünü eşitməkdən qorxarlar.
13. İstədiyi kimi geyinməkdən çəkinər. Bir az açıq geyinərsə, “səbəbkarı özüdür” deyiləcəkdir. 
Qadın olmaq heç də asan deyil...
14. Özgecan Aslan da bu çətinlikləri yaşayan qadınlardan biri idi.Döyüldü, bıçaqlandı, sağ ikən qolları biləklərdən kəsildi, başından zərbə aldı, təcavüz edildi və nəhayət yandırıldı. Onun belə arxasınca “yəqin nəsə edibmiş” dedilər.  Qadının nəyi necə geyinməli olduğunu belə danışdılar.  Geyimə görə günahı qadının özündə görənlər belə tapıldı. Hər qısa ətək geyinən qadına təcavüz edilmədiyini, geyimin ,ümumiyyətlə, buna təsiri olmadığını, qısa ətəklərin “dəbdə” olmadığı zamanlarda belə təcavüz edilmiş qadınların heç də az olmadığını düşünsək, bu idiaların absurd olduğunu anlayarıq. Anlayanadək isə neçə qadın qurban olacaq. Allahın qoydugu yoldan azmalımalıyıq. Uzun ətək və ya qısa ətək geyən qadına təcavüz edən hər cürə kişinin cəzası Allah qatında ağır olacaqdır. Çünki hər zülmün qarşılığı mütləq vardır.
18 fevral 2015
GO BACK