Qadin.NET / Tərk edilən qadınların ortaq xüsusiyyətləri

Tərk edilən qadınların ortaq xüsusiyyətləri

Tərk edilən qadınların ortaq xüsusiyyətləri

Hər zaman doğru insanlarla qarşılaşmamış ola bilərik. Bəzi zamanlarda əlaqə qurduğumuz dostluqları, münasibətləri düzgün olmayan insanlarla qura bilərik. Bu vəziyyətdə ya biz bu münasibəti sonlandırırıq ya da qarşı tərəf gözləmədiyimiz bir zamanda bizi tərk edir. Tərk edilmək, tərk ediləninmi  yoxsa edəninmi  günahı  bimirik, çünki hər münasibət, hər insan bir-birindən fərqlidir. Ümumiləşdirmək doğru olmaya bilər. Amma yenə tərk edən insanların da, tərk edilən insanların da bölüşdüyü ortaq duyğular vardır. Xüsusilə qadınlara nəzər yetirdiyimizdə istisnalar xaric olmaqla birlikdə ümumi olaraq tərk edilən qadınların bir çox ortaq xüsusiyyətlərini görürük. 

Buda bəhs etdiyimiz xüsusiyyətlər.

1-Çox maraqlanan

Həddən çox maraqlanan qadınlar kişilər üçün bir müddət sonra dözülməz olmağa başlaya bilərlər. Əksər kişilər azadlığına düşkündür bu səbəblə hardasan, hara gedirsən,  kim var yanında, o, kimin səsidir ? Kimi suallar kişini bir müddət sonra bezdirməyə başlayacaqdır. Sizin bu xasiyyətinizə dözə bilməyib sizi tərk edə bilər. 

Tərk edilən qadınların ortaq xüsusiyyətləri

2-Şübhə edən

Sevgilinizin və ya həyat yoldaşınızın hər hərəkətinə şübhə edərsəniz bunu hiss edəcəkdir. Ona güvənmədiyinizi hiss etdiyi anda bu vəziyyət onu məyus edəcək  və bu hal münasibətinizə öz təsirini göstərəcəkdir. Şübhələriniz səbəbilə ona ünvanladığınız suallar və ya göstərdiyiniz rəftarlar da onun bezib getməsindəki ən böyük faktordur. Güvənmədiyiniz müddətdə bir münasibətin davam etməsi olduqca çətindir. 

Tərk edilən qadınların ortaq xüsusiyyətləri

3-Anaya bağlı

Anasına həddən çox düşkün olan qadın da kişi də qarşı tərəf üçün dözülməzdir. Əgər sizdə hər mübahisənin sonrası üzünüzü ana evinə tutur, ona zəng edirsizsə, bayramlarda ilk ananıza baş çəkmək istəyirsizsə, mütəmadi ananızı evinizə çağırmaq istəyirsəniz yoldaşınız bu səbəbə görə sizdən soyumuş ola bilər. Ananızla öz aranıza artıq məsafə qoymaq zamanı gəlib.

4-Köhnə dostlarla əlaqə

Evləndiyinizə və ya ciddi bir münasibət qurmanıza rəğmən hələ də dost mühitindən ayrıla bilmədiniz, daim onlarla görüşmək istəyirsəniz yoldaşınız bu vəziyyətə elədə izn verməyəcəkdir. Sizin başqalarına daha çox  meyil etdiyinizi düşünərək  ortalıqdan çəkilmək istəyi təbiidir. Boş zamanlarınızı da ona ayırmağa diqqət edin. 

Tərk edilən qadınların ortaq xüsusiyyətləri

5-Maddiyyatçı

Xərcləmələriniz yoldaşınıza (sevgilinizə) təsir edər. Çox xərcləyirsinizsə bu onu narahat edə bilər. Xəsis olmaqda  onun  xoşuna gəlməz. Mütəmadi olaraq pulu mövzu edirsinizsə normal olaraq bu xoşuna gəlməyəcəkdir. Bu səbəblə də tərk edilərsiniz.

7 oktyabr 2014
GO BACK