Həm karyerada, həm də ailədə uğur qazanmaq istəyən qadınların sayı indiki vaxtda sürətlə artır. Bu vəziyyət ana olmağa çalışan qadınları sonsuzluq problemi ilə qarşı-qarşıya qoyur. Çünki həyat şəraiti, bəslənmə və yaş qadının hamilə qalmasını çətinləşdirən təhlükəli üçlükdür. Problemin görünməyən digər qismini bu qadınlara dəstək olmağa çalışan yaxın ətrafı yaradır.
Cərrah Op.Dr.Halit Fırat Erden ana namizədinin ətrafında olan insanların deməməsi lazım olan ən əhəmiyyətli 7 fikri və bunların yerinə hansı sözü demək lazım olduğunu bizlərlə bölüşüb. Bu mövzu çox aktual və vacib mövzulardan olduğu üçün mən bu məlumatları sizlərlə paylaşmaq qərarına gəldim. Buyurun, oxuyun.
Uşaqlar onsuz da oddur, həyat onlarsız daha yaxşı olacaq.
Sonsuzluq ilə mübarizə apararkən ana namizədinə ən çox deyilən cümlə: Uşaqsız həyat daha gözəldir, daha rahatdır. Bütün gecə rahat yatırsan, pulu özün üçün xərcləyirsən. Bu tip cümlələr ana olmaq istəyən qadının xəyallarının dağılmasına səbəb ola bilər. Çünki o qadının tək xəyalı var; həsrətində olduğu uşağı bir an əvvəl qucağına almaq.
Bunun əvəzinə uşağınızın etdiyi müsbət hərəkətlərdən danışın.
Narahat olma, olacaq, bilirəm.
Bu cümlə təhlükəlidir, çünki qadının uşaq sahibi olmama ehtimalı da var! Sonsuzluq problemi böyük və həllsiz ola bilər. Problemə müsbət yanaşmaq, mənəvi dəstək vermək istəyi çox insani bir davranışdır. Ona görə də o qadına kömək məqsədi ilə daim yanında olun, fikir bildirməyin. Fikir, duyğu və düşüncələri bir kənara buraxın. Dinləyici olun. Edilə biləcək ən əhəmiyyətli şey köməyə hazır olduğunuzu göstərib onlara qarışmamaqdır. Fikirlərinizə ehtiyacı olsa, bunu özü dilə gətirəcək.
Onuncu müalicədən sonra hamilə qaldı!
Tez müalicə müddəti, iynə, qan testi və digər çətin əməliyyatlar... Bunun bir də maddi tərəfi var. Qadın həyatının böyük bir hissəsini sırf sonsuzluğun müalicələri ilə keçirərkən bir çox qadın "mən edə bilməzdim" deyə bilər.
Bunun yerinə həkimə gedərkən həyat yoldaşı gələ bilməyən yaxınınıza birlikdə getməyi təklif edin. Birlikdə gülüb, ağlaya biləcəyiniz bir rəfiqə hər şeyi bir az daha asanlaşdıra bilər.
Bilirəm, tətildə hamilə qalacaqsan.
"Rahatlaşsan, olar." cümləsinin bir başqa ifadə forması: tətildə hamilə qalarsan. Stress müalicəyə mənfi təsir edən əhəmiyyətli bir faktordur. Bəzən istirahətdə olmaq işə bir uğur gətirə bilər. Ancaq çox vaxt ana olmağa cəhd göstərən qadın üçün "istirahət" təklifi əsəb mənbəyi olur. Bunun əvəzinə bir axşam əyləncə planlaşdırın. Müalicə alan qadınlar üçün rahatlamaq çətin ola bilər, amma əylənmək, ona dayaq olmaq hər zaman faydalıdır.
Övladlığa uşaq götürə bilərsiniz.
Ümidini itirən ana namizədləri üçün övladlığa uşaq götürmək fikri uzun və çətin ola bilər. Çünki müalicə əsnasında uşaq sahibi olunacağına dair bir zəmanət yoxdur.
Bunun yerinə yaxınınızın bu mövzu haqda danışmaqdan çox da xoşu gəlmədiyini hiss edirsinizsə, danışmayın. Aktual mövzulardan söhbət edin.
Onun hamilə olduğunu sən üzülmə deyə demədim.
Sonsuzluq problemi olan bəzi qadınlar başqalarının hamilə olduğunu eşitmək istəməyə bilər. Ətrafındakıların hamiləliyə dair xəbərlər vermə mövzusunda tədbirli davranmaları lazımdır. Adamların onlara qəmli-qəmli baxmaları canlarını daha çox yandırar.
Bunun əvəzinə yaxınınız üçün çətin də olsa, dəstək olmaq üçün yanında olun. Ona əsla yazığınız gəlməsin.
Allah belə istəyir.
Bəzi qadınların ana olmasına sadəcə daha qüdrətli bir varlıq kömək edə bilər. Amma bunu eşitmək ana namizədinə vəziyyətinin ümidsiz olduğunu hiss etdirər.
Ondansa, yaxınınıza ibadətə yönəlməsini deyil, qeyri-adi insanların olduğu dəstək qruplarına və ya forumlara qatılmasını təklif edin. Bu onun üçün çox daha yaxşı olacaq. İbadət öz yerində olmalıdır, amma insana sırf insan tərəfindən edilən dəstək də lazımdır.