Qadin.NET / Bunları özünüzə əsla deməyin

Bunları özünüzə əsla deməyin

Bunları özünüzə əsla deməyin

Mənfi düşünmək insanı mənfiliyə doğru yönəldər. Belə bir düşüncə zəhər kimi insanın beyninə yayılar, onun inancını dəyişər və oz gücündən istifadə imkanlarını yox edər. İnsan özü ilə necə danışar və özü barədə necə düşünərsə, həyatını da o istiqamətdə kökləyər. Ona görə də bunları çalışın heç bir zaman nə özünüzə aid etməyin, nə də özünüzə deməyin.

1. Bunu edə bilmərəm

Yarış başlamamış məğlubiyyəti qəbul etməyin! Güclü tərəflərinizə qarşı çevrilin və özünüzdən, bacarıqlarınızdan əsla şübhə etməyin. 

Bunları özünüzə əsla deməyin
2. Təslim ola bilərəm

Şərtlər necə olursa-olsun, əsla təslim olmayın! Qarşınıza çıxan çətinliklərin ağırlıqlarına baxmayaraq, özünüzə və gücünüzə inanın. Bunun nəticəsində həmin çətinlikləri aşa bilərsiniz. Unutmayın ki, təslim olana qədər məğlub hesab edilmirsiniz. Mübarizəyə davam edin və xəyallarınızı reallaşdırın.

Bunları özünüzə əsla deməyin
3. Yetərincə yaxşı deyiləm

Bu, özünüzə deməməli olduğunuz ən önəmli cümlədir. Siz özünüzə güvəndiyiniz qədər yaxşısınız. Özünüzü daim başqaları ilə müqayisə edir və onların sizdən daha yaxşı olduqlarını düşünürsünüzsə, bu o demək deyil ki, siz haqlısınız. Özünüzü heç bir zaman alçaltmayın və kiçik görməyin.

 4.  Tənhayam

Heç kim tənha deyil. Müəyyən zamanlarda özünüzü tənha hiss edə bilərsiniz. Əslində istisnasız olaraq hər kəs zamanla özünü belə hiss edir. Hər birimiz zaman-zaman özümüzü yalnız hiss edərik. Xüsusilə də cəsarətimizi itirdiyimiz və incidildiyimiz zamanlarda bu hiss bütünlüklə ətrafımızı əhatəyə alar.  Belə hallarda sevdiyiniz insanlarla ünsiyyət qurmaq və onlardan kömək istəmək vacibdir. Sevdikləriniz yanınıza gəldiyi an bu hisslərdən qurtulacaqsınız. 

Bunları özünüzə əsla deməyin
5. Heç kim məni sevməyəcək

Hər birimiz nə qədər qüsurlu olduğumuzu düşünürüksə düşünək sevilməyə layiqik. Ancaq ağ atlı şahzadənizi evinizdə oturub heyfslənərək tapa bilməzsiniz. Çölə çıxın, yeni insanlarla tanış olun və sizin üçün özəl olan insanı tapmaq üçün şansınızı artırın.

6. Nə istədiyimi bilməliyəm

Həyatdan nə istədiyinizi hələ də bilmirsinizsə, təlaşlanmayın. Demək ki, bunun üçün biraz da zamana ehtiyacınız vardır.

Bunları özünüzə əsla deməyin
7. Çox axmağam

Özünüzə bu qədər yüklənməyin! Hər zaman uğur əldə etmək olmur ki, zamanla nailiyyəti əldən qaçırmaq da olur. Ancaq bu o demək deyil ki, siz hədəflərinizə heç bir zaman çata bilməyəcəksiniz. Hər birimiz səhv edə bilərik. Axı biz insanıq. Əsas olan odur ki, etdiyimiz səhvlərdən nəticə çıxardaq və onları bird aha təkrarlamayaq.

Çalışın ki, özünüzə pis şeylər deməyin və ozünüzü mənfi fikirlər üzərində kökləməyin. Fikrinizi bacarıqlarınıza yönəldin və sadəcə bəzi şeylərdə müvəffəqiyyəti qaçırdınız deyə özünüzə bunu nə dərd etməyin, nə də boöyük problemə çevirməyin. Unutmayın ki, həyat davam edir və yşadığımız hər yeni gün müvəffəqiyyətin bizimlə olacağına dair bir işarədir.

4 mart 2016
GO BACK