Hər birimiz bilirik ki, tənhalıq çox çətindir. Ancaq bu vəziyyəti bir fürsət bilib ondan yararlanmaq da mümkündür. Əsas odur ki, hadisələrə müsbət tərəfdən baxa biləsiniz. Beyniniz və qəlbiniz boşdursa, qətiyyən kədərlənməyin və heyfslənməyin. Bunun üçün sizə edə biləcəyiniz 5 variant təklif edirik. Öz aləminizə səyahətə çıxın, nələri sevdiyinizi kəşf edin, səhvlərinizlə üzləşin. Bu səyahətdə isə yeni insanlarla tanış olmağı unutmayın!
Subaykən edə biləcəyiniz 5 fəaliyyət bunlardır.
1. Bir neçə ay subaylıqdan ləzzət alın
Sevgilinizdən ayrılan kimi yeni sevgili axtarmaq əvəzinə fasilə verin. Bir az gözləyin. Uzun müddət etmək istədiyiniz və sizi xoşbəxt edən işlərə doğru yönəlin. Qatılmaq istədiyiniz bütün şənliklərə gedin, dostlarınızın dəvətlərini dəyərləndirin, yeni insanlar kəşf edin. Özünüzü xoşbəxtlikdən məhrum etməyin. Bununla da beyniniz və qəlbinizi yeni bir münasibətə hazırlamış və bu müddət ərzində də səhv addım atmamış olacaqsınız.
2. Ən yaxın rəfiqələrinizlə səyahət edin
Sevgiliniz və ya həyat yoldaşınız olanda ən yaxın rəfiqələrinizlə səyahətə getmək kimi bir şansınız olmur. Beyniniz və qəlbiniz boş ikən bu fürsətdən yararlanın və ən yaxın rəfiqələrinizi ətrafınıza toplayaraq səyahətə gedin. Ən yaxın rəfiqələrinizlə birgə yeni şəhərlər kəşf edin və bunun xoşbəxtliyini yaşayın.
3. Özünüzü kəşf edin
Özünüzə özünüzü tanımaq üçün, etdiyiniz səhvləri təhlil etmək üçün şans verin. Səhvlərinizi düzəltməyə çalışın. Özünüz üçün müəyyən hədəflər qeyd edin və həyatdan nə istədiyinizi düşünün. Sözün qısası, tək qaldığınız zaman dilimində öz daxili aləminizə səyahətə çıxın. Yeni münasibətlərə başlayarkən xarakterinizdə yaranan dəyişikliklərə özünüz də heyran qalacaqsınız.
4. Görünüşünüzə fikir verin
Ruhunuzu yeniləyərkən fiziki halınızı da unutmayın. Uzun müddətdir ki, getməyə vaxt tapa bilmədiyiniz idman salonlarına gedin və çəkinizdə dəyişikliklər etməyə bşlayın. Əgər artıq çəkiniz varsa, mütləq onlardan qurtulun. Sağlam qidalanma vərdişinə yiyələnərək həyat səviyyənizi də yüksəldin.
5. Yeni insanlarla tanış olun
Yalnız ikən yeni insanlarla tanış ola bilmək fürsətini qaçırmayın. Qatıldığınız sosial fəaliyyətlərdə aktiv olun, yeni simalarla tanış olun, insanlarla münasibətinizi gücləndirin və danışmaqdan çəkinməyin. Sosiallaşarkən bəlkə də həyatınızın eşqi ilə qarşılaşacaqsınız. Bunu bilmək olmaz! Utancaq olmayın və həyatın sizə verdiyi bütün fürsətləri dəyərlənirin.