Özünün ən çox çalışdığını iddia edən qadın
Hər zaman ən çox çalışan odur! Əksini iddia etsəniz, etdiyi hər bir şeyi sizə bir-bir izah etməyə başlayar.
Mütəmadi olaraq telefonla danışan qadın
Telefon əlindən düşməz. Ancaq müdiri gördükləri zaman özünü yığışdıra bilir.
Qeybəti sevən qadın
Dedi-qodu edilməyən iş yeri yoxdur. Üç işçisi olan bir iş yerində belə dedi-qodu var. Qeybətcil qadın isə özünü saxlamaq kimi bir zərurət hiss etməz və adamın gözünün içinə baxa-baxa qeybət edər.
Bütün həyatını iş yoldaşlarına danışan qadın
Bu tip çalışanlar digər işçilər üçün çox qorxuludur. Qətiyyən susmaz və bütün həyatını iş yerindəki yoldaşlarıyla paylaşarlar.
Xəbərçi qadın
Hər mühitdə bir xəbərçi var. İş yerində bu tip adamları təyin etmək çox çətindir. Əgər iş yerinizdə belə bir qadın varsa və siz onun kim olduğunu artıq bilirsinizsə, o zaman bacardığınız qədər ondan uzaq durun və yanındaykən də heç bir şey danışmayın.
Aldığı məvacibi bəyənməyən qadın
Həmişə gileylənər və işdən çıxmaq istəyərlər. Həmişə də aldıqları maaşlarından şikayət edərlər.
Mütəmadi olaraq yeyən qadın
Bu tip qadınlar dayanmadan nəsə yeyirlər. Həmişə ac olduğunu və yaxın zamanda pəhrizə başlayacağını söyləyirlər.
İşinə düşkün qadın
Bu tip qadınlar mütəmadi olaraq işləyir və qətiyyən fasiləyə ehtiyac duymurlar. Hər iş yerində mütləq bir nəfər də olsa bu tip qadına rast gəlmək olar.
Hər zaman bəzəkli gəzən qadın
Hər iş yerində mütləq bu tip qadın var. Onlar işə makiyajsız gəlməzlər. Hər gün bəzənib-düzənər və maaşının çoxunu da paltarlarına xərcləyər.