Qadin.NET / Qoy göz yaşların axsın!

Qoy göz yaşların axsın!

Qoy göz yaşların axsın!

İndi qadınlar zəif görünmə qorxusu səbəbindən göz yaşlarını saxlamağa üstünlük verirlər. Buna misal kimi bir xanımın dilindən onun yaşadıqlarını siz təqdim edirəm:

Keçən günlərdə Nyu-Yorkdan Los-Ancelesə qayıdarkən içimdə birdən-birə ağlamaq hissi oyandı. 

Gözəl həftə sonu tətilinin ardından xaç qızımla sağollaşıb onunla birlikdə keçirdiyim zaman bir vaxtlar nə qədər çox ana olmaq istədiyimi və işlərin necə pis getdiyini xatırlamışdım. Başda bu hisslə mübarizə aparmağa çalışdım, çünki digər insanları rahatsız etmək istəmədim. Ancaq daha da vacibi o idi ki, yanımda "Wall Street" jurnalını oxuyan, ciddi görkəmli, kostyum geyinmiş bir adam var idi və mən altı saatlıq yolu məhv etmək üzrə idim. Mən başımı qatmaq üçün çantamdan oxumaq üçün kitab çıxarıb, fikrimi cəmləməyə çalışdım. Ancaq özümü saxlaya bilmədim və nə olduğunu bilmədən gözlərimdən yaşlar axmağa başladı. Kostyumlu şəxs narahat bir şəkildə necə olduğumu soruşdu. "Çox sağ olun" deyib, uzatdığı dəsmalı alıb göz yaşlarımı sildim. Mən "Yaxşıyam" dedim və dediyim düz idi. Ağlamaq nə qədər yersiz və alçaldıcı olsa da mən həmişə özümü rahat hiss edirəm. Əslində mən təbiətcən nəşəli bir insanam. Hər şeyə yaxşı tərəfdən baxanam və stəkanın dolu tərəfini görənəm. Ancaq xoşbəxt olmaq mövzusunda ustad olmağıma baxmayaraq, ağlamaq mövzusunda daha çox həssasam.

 Qoy göz yaşların axsın!

Universitet dövründə ilk sevgim qəlbimi qırdanda, həyat yoldaşım Jason evlənmə təklif edəndə, 15 il bərabər yaşadığım itim Newmanı itirəndə ağlamışdım. Və bir gün ana ola bilməyəcəyimi öyrənəndə daha gözüyaşlı oldum.

Bu zəmanədə təəssüf ki, ağlamaq qınanılır, əgər o insan qadındırsa... Araşdırmalar göstərir ki, kişilər ağladıqda bu, simpatiya ilə qarşılanır. Ancaq qadın ağladıqda zəiflik kimi başa düşülür. Mənim fikrimi soruşsanız, ağlamaq haqqımızı geri istəməliyik. Rahatca ağlamaq mənim ürəyimi yüngülləşdirir və dəqiq qərar verməyimə kömək edir.

Ağlamağın fiziki və zehni xeyri var. Ağlamaq bədənin təbii sağalma sistemidir. Stressi və gərginliyi aradan götürür.

Göz yaşı zamansız gəldiyində insan özünü saxlamağı bacarmalıdır. Penn State-də aparılan bir araşdırmada nəmli gözlərin, nəzarət altında duyğuların işarəsi olduğu ortaya çıxmışdır. Bəzi insanlar uzun müddətli uçuşda sakitcə qazet oxumağa çalışan bir insanın yanında ağlamağın pis bir fikir olmadığını düşünə bilər. Lakin mən onlara qatılmıram. O gün ağlamağım yan tərəfimdə oturan insanla aramızda dərin söhbətə səbəb oldu.

Qoy göz yaşların axsın!

Mənə həyat yoldaşının ana ola bilməməsini və övladlığa götürdükləri uşağın şəklini göstərdi. Uşağın gülən üzünü görəndə ürəyi açılırdı. Bu, məni ağlamaq movzusunda son nöqtəyə gətirdi:

Duyğularını paylaşmaq insanları bir-birinə yaxın edir. Bu, yad insan, sevgili, ailədən biri ola bilər. Ən önəmlisi bu insan SƏN ola bilərsən. İnsanın bu özəlliyi onu başqa canlılardan fərqli edər. Yəni bizi insan və gerçək edər. 

24 mart 2016
GO BACK