Qadin.NET / Kirli paltar

Kirli paltar

 

Kirli paltar

 

Gənc ailə yeni evə köçmüşdü. bir dəfə səhər yeməklərini yeyəndə qarşı tərəfdəki qonşu eyvanda paltar asmağa başladı. Qadın üzünü həyat yoldaşına tutub: "Gör paltarları necə kirlidir? Deyəsən, bu qonşu paltar yumağı bilmir. Hələ bir özünü qadın da sayır.", - dedi. Həyat yoldaşı diqqətlə ona baxdı, ancaq heç bir şey demədən yemək yeməkdə davam etdi. Bu hadisə demək olar ki, hər gün davam edirdi və hər gün qadın qonşunun paltar asdığını görəndə eyni sözləri deyirdi...


Bir ay sonra qonşu yenə də eyvanda paltar asırdı. Nə qədər qəribə olsa da, bu dəfə paltarlar tər - təmiz idi. Bunu görən qadın təəccüblə: "Deyəsən, qonşu paltar yumağı öyrəndi", - dedi. Həyat yoldaşı isə gülümsəyərək: "Yox, sadəcə olaraq mən səhər bir az tez qalxıb pəncərəmizi sildim", - deyə cavab verdi...

P.S. Məgər həyatda da belə deyilmi? Məgər həyatda da gördüklərimizə baxdığımız "pəncərəyə" görə qiymət vermirikmi?...

10 yanvar 2011
GO BACK