Qadin.NET / Güclü qadın olmaq

Güclü qadın olmaq

Güclü qadın olmaq

İnsanlar bu dünyaya müəyyən missiya üçün göndəriliblər, eləcə də qadınlar. Mən "Qadın əvəzolunmazdır" və "Qadın bir heçdir" fikri ilə heç bir zaman razılaşmamışam. Qadın eynilə kişi kimi eyni hüquqa sahibdir. Seçmək və seçilmək hüququ var. Qadın daim dəyişən, daim diqqət mərkəzində olmağa can atan və daim əlində olanlarla razılaşan bir varlıqdır. Qadınlar hər mövzuda daim güclü olmağa can atırlar. Bizim ölkədə daim qadın hüquqları pozulur. Köhnədən qalan bəzi adət-ənənələr var ki, bu gün də öz reallığını saxlayır. Bütün bu sədləri aşmaq əslində mümkündür.

Güclü qadın olmaq

Mən bu mövzuda mütəxəssislərin fikirlərini araşdırdım və öz yaşadıqlarımı da əlavə edərək, gəldiyim nəticəni sizinlə də paylaşmaq istəyirəm. Nə qədər yaxşı insan olursan ol, səni hər kəsin sevməsi və qebul etməsi mümkünsüzdür. Amma hər zaman hər şeyin ən gözəlini etməyə çalışın. Hər kəsin eşitmək istəmədiyi bir problemi yaşayırsınızsa, ya da bir sirriniz varsa, bunu yalnız yaxın dostlarınızla bölüşün. Hər kəsə izah etməyə çalışmayın. Xüsusilə yoldaş seçimində diqqətli olun. Sizin xoşbəxtliyinizdən xoşbəxt olan kəslərlə dostluq etməyə çalışın. 

Güclü qadın olmaq

Hər qadın güclüdür əslində. İlk növbədə bir qadın ağıllı olduğunun fərqinə varmalıdır. Bu istiqamətdə zəkasından istifadə edərək yaradıcılığını inkişaf etdirməlidir. Qarşısındakına ağıllı olduğunu hiss etdirməlidir. Hər mövzuda dürüst olmalıdır. Özu-özünə güvən hissi yaratmalıdır qadın. Güvən hissi sizi hər bir zaman güclü edər. Hər bir zaman məqsəd olmalıdır. Məqsəd olmadan heç bir qadın öünü güclü hiss etməz.

Güclü qadın olmaq

Əsəblə, kinlə və sərt olmaqla deyil, mehribanlıqla, şirin dillə, qarşına qoyduğun məqsədə doğru addımlamaq, yenilməzlikləri yenərək, mümkünsüzlüyü reallaşdırmaq mümkündür.

Fikirlərimi Cak Lemmonun sitatı ilə bitirmək istəyirəm: "Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv etdi".

21 mart 2014
GO BACK