Qadin.NET / Qadınlar necə qənaət edir?

Qadınlar necə qənaət edir?

Əziz xanımlar, saytımızda baxıb maraqlandım ki, sizə təqdim edəcəyim xəbər təkrar olmayacaq. Oxşar xəbərlər var. Amma bu xəbər bir az fərqli olacaq. Fərqli oluğu kimi də maraqlı olacağına da əminəm.

Bela deyək ki, varlanmaq, çoxlu pulun olması üçün işləmək və qənaət etmək lazım olduğunu bilirik. "Pul heç də ən önəmli şey deyil həyatımızda" deyirik, amma baxırsan ki, gündəlik həyatımızın bir hissəsini də elə pul təşkil edir.S adəcə pula necə qənaət etmək lazımdı? Ailələrin bir çoxunda kişi ilə bərabər qadınlar da işləyir. Kimisi imkansızlıqdan, kimisi isə imkanı var. Bir çox ailələrdə qadın əzab-əziyyətlə qazandığı pulu gətirib qəpiyinə kimi kişinin cibinə qoyur və bir qəpik də olsun özünə pul xərcləyə bilmir. Bir çox ailələrdə isə qadının qazandığı puldan kişinin belə xəbəri olmur.

Və ya qadın işləmir. Bir çoxlarımız kimi kişinin əlinə baxır. Məlum məsələdir ki, evdəki bəzi alış-verişləri biz qadınlar edirik. Kişinin verdiyi pulla biz həm alış-veriş, həm uşaqlara, həm özümüzə pal-paltar almalıyıq. Çox vaxt da verilən puldan nə qalırsa gətirib kişiyə geri qaytarırıq. Bəzəndə elə olur kişi hec maraqlanmır ki, verdiyi puldan nə qaldı.mockingÇox vaxt kişi qalan pulun qəpiyinə kimi haqq hesab edir ki, hara, nəyə xərclənib və yaxud da niyə çox xərclənib.ireful

Qadınlar necə qənaət edir?

Qadınlar var ki olduğu kimi deyir nə qədər pul xərcləyib, qadında var ki, az xərcləyib, amma çox xərclədiyini deyir. lol Bu yolla da qənaət edir. Fikirləşirəm ki, həyat yoldaşlarına yalan danışan qadınlar bəlkə də çarəsizlikdən yalan danışırlar. Çünki kişi var ki evə yetərincə pul vermir və qadın da məcburiyyətddən yalan danışır. Onların da yaxşı yaşamağa, gözəl geyinməyə, istədiyi bir şeyi almağa haqqları var. Elə qadınlara çox rast gəlmək olar. Ola bilsin ki, coxları elə qadınları əli əyri və ya evinə, ocağına haram qatanlar kimi də qələmə versinlər. Amma gəlin pis bir nəticə çıxarıb elə qadınları qınaq obyektinə də çevirməyək. Mən şəxsən qınamıram.love

Qadınlar necə qənaət edir?

Bir şey də var ki, kişilər də çox bədxərc olurlar. Qadınlar bəlkə də kişilərin bədxərcliyindən də belə qənaətə üstünlük verə bilərlər. Fikiləşirəm ki, kişilər o pulu ailəsinin, uşağının boğazından kəsib, gedib ora-bura, hara gəldi xərclələyirlərsə, qadının belə qənaətini başa düşmək olar.

Əslində mən çox düşündüm bu mövzunu hazırlayanda. Bilmirəm bəyənəcəksiniz ya yox. Amma, əziz xanımlar, sizin də fikirləriniz, rəyləriniz mənim üçün çox önəmlidir. Bəs siz qənaəti necə edirsiz?

Qadınlar necə qənaət edir?
19 mart 2016
GO BACK