Qadin.NET / Qadınlar nədən qorxur?

Qadınlar nədən qorxur?

Qadınlar nədən qorxur?

Bəzilərinin fikrincə, qadınlar incə və zərif məxluqlardır. Onlar qaranlıqdan, həşəratlardan, kökəlməkdən, dırnaqlarının qopmasından qorxurlar.

Bir başqaları isə “Qadınlar dözümlülük və qorxusuzluq təcəssümüdür” deyə düşünürlər. Səbrinə və mətanətinə kişilərin belə həsəd apardığı güclü qadın nədən qorxa bilər ki?

Bəs əslində qadınlar nədən qorxurlar? 

 

1-ci qorxu. Sevgisini itirmək

Biz həddən çox emosional və həssasıq. Aşiq olduqda həyatımızın gündəlik axışını itirirək özümüzü bütünlüklə hisslərimizin əsirinə çeviririk. Buna görə də qadınlar üçün sevgisini itirmək özünün bir parçasını itirmək deməkdir. Öv sevgisini tapan qadının ən böyük qorxusu onu itirməkdir.

 Qadınlar nədən qorxur?

2-ci qorxu. Ərə getmək

Qadını bu qorxu ilə çox şeylər bağlayır. Bəziləri ərə getməkdən, digərləri getməməkdən qorxur. Bəziləri toy günü ilə bağlı xəyallarının gerçəkləşməməsindən, başqa biriləri isə məişət qayğılarının ailə həyatına son qoyacağından qorxur. 

Qadınlar nədən qorxur?

3-cü qorxu. Xəyalların puç olması

Qadınlar xəyalpərəstdirlər, buna görə də onlar ən çox uşaqlıq arzularının puç olmasından qorxurlar. Hətta böyüdükdən, yetkin qadın olduqdan sonra belə ürəklərinin dərinliyində uşaqlıq xəyallarının gerçəkləşəcəyinə ümid bəsləyirlər. Və reallıqla üz-üzə gəldikdə arzuların həyata keçməyəcəyi qorxusu yaranır. 

Qadınlar nədən qorxur?

4-cü qorxu. Uşaqlar üçün narahatlıq

Müdrik filosoflardan biri deyib ki, “Uşaq üçün narahatlıq – həyat üçün deyil, ölümsüzlük üçün qorxudur”. Buna görə də övladı olan hər bir qadın hətta övladları böyüyüb ailə-uşaq sahibi olsa belə, hər zaman onlar üçün narahat olur, həyəcan keçirir və qorxur. 

Qadınlar nədən qorxur?

5-ci qorxu. Qocalmaq

Qadınlar bunu etiraf etməsələr də, onlar qocalmaqdan, gözəllik və cazibədarlıqlarını itirməkdən qorxurlar. Buna görə də kökəlmək, üzə düşən ilk qırışlar, saçdakı ilk ağ tük onlarda qorxu hissi yaradır. Və nəhayətdə, həyat yoldaşlarının onlara qarşı marağının itəcəyindən qorxurlar.

9 mart 2016
GO BACK