Sevdiyi kişidən evlilik təklifi almaq hər qadının xəyalıdır. Evlilik təklifini hökmən kişidən gözləməkmi lazımdır? Bir qadın sevdiyi adama evlənmə təklifi edə bilməzmi? Bu suala cavab tapmaq məqsədilə həm qadınlara, həm kişilərə eyni sualla müraciət edilib.
Gəlin, bu araşdırma ilə birgə tanış olaq.
Hal-hazırda qadınlar kişilərlə həyatın bir çox sahəsində bərabərdirlər. Zamanla rollarımız da sanki dəyişdi və bu dəyişiklik münasibətlərə də təsir etdi. Artıq xoşlandığı kişiyə qarşı ilk addımı atmaqda qadın təşəbbüs göstərə bilər. Qeyd edim ki, bu araşdırma zamanı hər 10 qadından 1-nin birlikdə olduğu kişiyə evlənmə təklif etdiyi bəlli olub.
Artıq xarici filmlərdəki romantik evlilik təklifləri real həyatdakı aktuallığını itirib. Artıq münasibətlərin ciddi müstəviyə keçməsi üçün qadınlar da səbirsizlik nümayiş etdirərək bu missiyanı öz üzərlərinə götürürlər.
Bəs bu məsələyə kişilərin münasibəti necədir? Araşdırmalar göstərir ki, kişilər qadınların evlilik təklifi etməsindən narahatdırlar. Evlənmək təklifinin kişi tərəfindən edilməsinin lazım olduğunu ifadə edirlər. Bundan başqa, evlilik təklifini ta qədimdən bəri kişilərin etdiyi və bunun da əllərindən alınmaması lazım olduğunu düşünürlər. Onların fikrincə, qadınlar da təklif anının həzzindən məhrum olmamalı və səssizcə o gözəl anı gözləməlidirlər.
Əziz Qadın.Net xanımları, bu haqda sizin fikirlərinizi də bilmək istərdik...