Qadin.NET / Ah, qadınlar!

Ah, qadınlar!

Ah,qadınlar! Siz necə də xeyirxahsınız.  Yoldaşınız  nəzakətsiz və kobud olanda belə  siz  yenə mehriban və zərifsiniz. O mehribanlıq istəyəndə, siz qayğıkeş və diqqətlisiniz. O, imperator olarkən siz onun ayaqlarını qızılgüllü su ilə yuyurdunuz, siz sözəbaxan, eyni zamanda itaətsiz olurdunuz.

 

            Sizin yolunuzda kişilər müharibələr uydurmuş və başlarını itirmişlər-sizin güclü, ehtiraslı, bəzən ana, bəzən ölümcül qucağınızda olmaq üçün...sizinlə olmaq üçün...

            Nə oldu, siz indi müqəddəs deyilsiz?!  Axı sizin kövrək çiyinlərinizdə çox yüklər var! Yorğun halda  evə gəlib, yarımfabrikat yox, m-m-m, təzə, dadlı, ev xörəyi bişirən də SƏNSƏN.


 

Sonra paltaryuyan maşını  yükləyir (Allah bilir, bəlkə də  əlinlə yuyursan) və gedib divanın altından bir topa təmiz olmayan corab götürürsən. Əlbəttə ki özününküləri yox. Bəli, min dəfə demisən ki, paltar səbəti var.

 

 

            Amma sən bəzən dözülməz və səbirsiz  olursan. Mən səni bağışlayıram, çünki sən həmişə səxavətlisən. Təkcə gözlərinlə  hər şeyi deməyi bacarırsan.  Ovsunlamağı bacarırsan. Səmimi və aşkar sevirsən, kişidən daha güclü, kişidən daha cəsarətli...

 

 

Bəzən aciz, balaca qız olursan, öz problemlərinə ağlayırsan, sonra onlara, özünə, hətta dünyaya gülümsəməyi bacarırsan. Belə güclü olduğuna görə səni sevirəm...

Hər kəs bilir ki,  dünyada yaxşı insanlar çox olmalıdır.  O zaman güvənmək olar sənə.  Bilirsən hərdən nəyi xatırladırsan mənə?  Sən günəşə doğru baxan, gözəl açmış çiçəksən, ona görə mən sənə HEYRANAM...

 

Ah, qadınlar!

Sən - əsl qadınsan, qoy heç vaxt nə kablukun sınmasın, nə də tuşun axmasın... :)
22 mart 2016
GO BACK