Qadin.NET / Qadınların qəlbini fəth edən 3 davranış

Qadınların qəlbini fəth edən 3 davranış

 

Qadınların qəlbini fəth edən 3 davranış

Qadınlardan bu qədər çəkinən, qorxan kişilərə bəzi tövsiyələrimiz var. Qadınlar düşündüyünüz qədər çətin, dözülməz deyil. Hər qadın kişilərdə bir sıra xüsusiyyətlər axtarır, əlaqələrini ona görə planlaşdırır. Amma bəzi xüsusiyyətlər vardır ki, qadınlar əsla onları rədd etməzlər. Budur qadınların kişilərdə axtardığı 3 əhəmiyyətli davranış forması. Bu tövsiyələr çox işinizə yarayacaq... 

Qadınların qəlbini fəth edən 3 davranış

 

Hörmət 

Bəli hörmət. Əslində bu yalnız qadınlar üçün deyil, kişilər üçün də olduqca əhəmiyyətli bir qaydadır. Çünki hörmətinin olmadığı bir əlaqədə sevgi olmasa da olar deyə düşünürlər. Hörmət ikili əlaqələrdə olduqca əhəmiyyətli bir yerə sahibdir. Qısacası, əlaqə dəstək olan ən əhəmiyyətli faktordur. Bir qadına hörmət göstərdiyiniz təqdirdə qarşılığını mütləq alacaqsınız. Xoşbəxtliyin ən əhəmiyyətli addımı hörmətdir, bunu unutmayın.

 

 

Paylaşmaq 

Daha yaxın, daha səmimi əlaqələr üçün paylaşma əhəmiyyətlidir. Qadınlar hər şeyi paylaşa biləcəyi, izah edə biləcəyi və eyni şəkildə kişisinin də özünə hər mövzuda yaxın olduğu bir əlaqə yaşamaq istəyirlər. Əgər bir qadına aşiqsinizsə, onunla hər mövzunu paylaşın və onunda hər mövzunu sizinlə paylaşa biləcəyini hiss etdirin.

 

 

Sözünü tutmaq  

Partnyorunuzu itirmək istəmirsinizsə, söylədiyiniz sözlərə və etdiyiniz hərəkətlərə diqqət etrməlisiniz. Verilən sözlərin tutulmaması, ya da deyilən sözlərin əksinin edilməsi və unudulması bir əlaqənin bitməsinin başlıca səbəbi ola bilər.

 

 

24 yanvar 2013
GO BACK