Yoldaşınızın gec gələcəyini xəbər vermədən axşam vaxtı sizi gözlətməsinə üzüldünüz, hətta bunu səbəbilə maraqlandınız. Gələndə hirslə qarşıladınız və əsas səbəbini öyrənmədən özünüzdən səbəblər sıralamağa başladınız. O da sizə sərt ifadələrlə cavab verdi. Və mübahisə başladı. Və ya xəstə olduğunuz bir gün yoldaşınız üçün bir şeyi etməyi unutduğunuz zaman sizi anlayışla qarşılamasını gözləyirdiniz, amma olmadı. Səhvinizi üzünüzə vurub sizi utandırdı. Siz də ona hirslə cavab verib höcətləşdiniz. Xəstə halınızla sizin üçün bu, küsmək səbəbi sayılır. Evliliklərdə yaşanan ən böyük problem yoldaşlar arasındakı ünsiyyətdir. Bəzi cütlər anlaşmazlıqlarını heç danışmadan, gələcəkdə bir gün hesabını soruşmaq üçün saxlayar. Bir çox cütlük də problemlər qarşısında duyğu və düşüncələrini doğru ifadə etmək əvəzinə, hirslə hərəkət edər. Ən kiçik bir səhv başa düşülmədən böyük müzakirələrə çevrilər və "Sən onsuz da məni sevmirsən" və ya "Sən məni bir dəfə belə anlamadın" səviyyəsinə gələr.
Doğru duyğuları hirs ilə gizləmək daha asan və rahat bir ifadə formasıdır. Çünki kədər, utanmaq, incimək, narahat olmaq kimi duyğuları birbaşa söyləmək daha çətindir. Əsəb isə heç utanmadan, sıxılmadan, mənliyə çox zərər vermədən ifadə edilə bilər. Mənliyimizə zərər verən və ya mənliyimizin bir başqası tərəfindən zədələndiyini hiss etdiyimiz duyğularımızı söyləmirik. Hirslənərək mənliyimizin məruz qaldığı zərərləri gizləmək üçün qarşı tərəfin mənliyinə zərər vermək istəyirik. Buna görə də əsl duyğularımız həmişə arxa planda qalır. Duyğularımızı ifadə etmədiyimiz üçün qarşı tərəf də müdafiəyə keçir və ən başdan ünsiyyət yollarını bağlamış oluruq.
Özünüzdən "Həqiqətən nə hiss edirəm?" deyə soruşun.
Evliliklərdə ən əhəmiyyətlisi sizi həqiqətən nə narahat edən məsələni təyin edib problemi həll etməyə çalışmaqdır. Ancaq bunun üçün də əvvəlcə insanın özünü tanıması, özünün fərqində olması lazımdır. "Mənim əsl duyğularım, düşüncələrim nədir, bu davranışımın əsl səbəbi nədir?" suallarına doğru cavabları verməyi asanlaşdırır. Müəyyən bir fikir qazanmış olan kəs niyə əsəbiləşdiyini, hansı duyğusunun hərəkətə keçdiyini daha yaxşı bilər və ifadə edər.
XƏBƏR LENTİ
Gözəl saçlar üçün 6 qızıl qayda
Kafedə içində 1 milyon dollar olan çamadan tapılıb
Gözmuncuqlu bəzək əşyaları
Paytaxt sakinlərinin NƏZƏRİNƏ!
İki qadının telefon danışığı
Hava haqqında
Kompüter "siçan"ı tarixə qovuşur
Bakıda temperatur yüksələcək
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Qarayazı kəndindəki adət
Qadını düzgün dəyərləndirək
İrəvan İŞİD-lə üz-üzə
Hava haqqında
Koronavirusun yeni ştammı öldürücüdür?
İlham Əliyev: “Karantin rejimi uzadılacaq” - VİDEO
Bakıda milyonluq villalar sökülür
Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarıldı
Hər növ saç düzümü
Kəlləyə bənzəyən asteroid yaxınlaşır-FOTO
Gəlinlər üçün saç düzümləri
Böyük Britaniyada milyondan çox insan bu adı daşıyır-FOTO
Bu günün Ramazan təqvimi (12 iyul)
Rus tankları artıq Azərbaycanın ərazisindədir
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
Pərviz "Survivor"da hər kəsi HEYRƏTLƏNDİRDİ - VİDEO
Azərbaycan insan kapitalı indeksinə görə MDB ölkələri arasında üçüncü yeri tutdu
Beren Saat hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Eşqin ömrü nə qədərdir?
1 aya 4 kiloqram arıqlamaq üçün...
Boş şəhəri bəzəyən rəssam
Gündəlik göz makiyajı
Rulet-peraşki (foto resept)
Ölkənin ən gözəl qızı seçiləcək
Koronavirusa yoluxan aktrisa ən dözülməz simptomları açıqladı
Günün ulduz falı - 20.09.2013
Bəzi ərzaq məhsullarının qiyməti artıb
Rühəngiz Müsəvi yeni imicdə-VİDEO
Uşaq torpağa düşən toxum, Ana da bağbanıdır
Bakı metrosundan istifadə edənlərə müjdə
Məşhur cütlük evlənir!-FOTO
Cem Yılmazdan İLK DƏFƏ-FOTO
Yayda üşümək xəstəlik deyilsə, nədir?
Microsoft ixtisarlara başlayır
Kredit götürənlərə şad xəbər
Kəsmikli, xurmalı toplar (foto resept)
Ən kasıb ölkələr açıqlandı
Məhəmməd evdə timsah saxlayır - FOTO
Bakı milyonçuları
Xoşbəxtliyə aparan şaman sirləri
- ŞƏRHLƏR