Hələ bir neçə illər öncə xanımları avtomobilin sükanı arxasında görəndə çoxları təəccüblənsə də, indi bu adi hal alıb.
Hətta müasir dövrdə xanımlar əks cinsin nümayəndələrindən daha səliqəli, daha yaxşı maşını idarə etdikləri üçün təriflər də eşidirlər. Xanımların maşın sürməsi haqda çox danışılıb, çox yazılsa da, bu dəfə fərqli mövzuya toxunacağıq. Avtomobil sürən xanımların tiplərindən bəhs edəcəyik. Bu tiplərin kişi sürücülərdən nə dərəcədə fərqli olduğunu isə siz xanımların öhdəsinə buraxırıq.
Birinci tip: İşgüzarlar
Onlar həmişə harasa tələsirlər. Səbəb isə sırf işlə bağlıdır. Gecikməklə araları olmadığı üçün maşını sürətlə idarə edirlər. Bəzən onların bir gündə gördüklərini, bəziləri heç bir həftə ərzində görə bilmirlər. Yol polisi tərəfindən saxlandıqda isə uzun-uzadı debat qurmaq həvəsində olmurlar. İstənilən cəriməni ödəməyə hazırdılar, təki vaxtları boş yerə getməsin. Axı, söhbətə sərf edilən zaman onsuz da onlar üçün ən böyük cərimədir. Vay o gündən ki, onun maşınını cərimə meydançasına aparası olsunlar... Bu zaman nəinki debat, hətta dastan qurmağa hazır olurlar. Təki günahsız olduqlarını sübut etsinlər.
İkinci tip: Qərarsızlar
Onlar sürət həvəskarı deyillər. Yol hərəkətlərini isə kifayət qədər vaxtlı-vaxtında pozurlar. Qınamalı da deyil, normal sürətdə fikirləri, ətrafda olan mağazaların üstünə böyük hərflərlə yazılan endirimlərdə, yol keçənlərin yanında olur. Sürət artanda isə... Ürəklərində "Ancaq yaşamaq istəyirəm" kəlməsini azı 7 dəfə təkrarlayırlar. Bu tip sürücülərin daha bir çatışmayan cəhəti: hərəkət zamanı fikirlərini tam toplaya bilmədikləri üçün vaxta qənaət edə bilmirlər. Nəticəsi isə bir o qədər ürəkaçan olmur, saatlarla tıxacda qalmalı olurlar. Yol polisləri tərəfindən saxlandıqda isə bu tip xanımlar iki cür davrana bilərlər. Əgər xanım həlim xasiyyətlidirsə, yol polislərinin bəxti gətirir. Çünki belə xanımlar qorxaq və çəkingən olurlar. Aralarında öz hüquqlarını kifayət qədər yaxşı bilənlər də az deyil. Bax, bu zaman vəziyyət zərif cinsin nümayəndələrinin xeyrinə həll olunur.
Üçüncü tip: Nümayişkarlar
Bu tip xanımlar həmişə diqqət mərkəzində olmaq üçün dəridən-qabıqdan çıxırlar. Yolda avtomobili gah sürətlə, gah da çox yavaş idarə edirlər. Təki digərlərindən fərqlənsinlər. Yol hərəkəti qaydalarını pozduğu üçün saxlandıqda isə, çox həvəslə maşından düşür, səhvini öyrənməyə can atır. Cəriməni də ödəməyə hazırdırlar.
Dördüncü tip: Cəsarətlilər
Avtomobili prinsiplə idarə edirlər. Sürəti artırıb, qırmızı işıqdan keçmə onlar üçün artıq uşaq oyunudur. Bu tip xanımlar elə hesab edirlər ki, onlar istədiklərini edə bilərlər. Bu xüsusiyyət başqalarına problem yaradır? Nə olsun, təki hər şey xanımların ürəyincə olsun. Cəsarətlilərin fikrincə, kim ki yol qaydalarına riayət edir, maşını yaxşı sürür, onlar da günahkardırlar. Hər vəziyyətdə hamı suçludur, ondan başqa.
Bu xanımlar maşın sürdüyü müddətdə ən adi cərimənin qiymətindən də xəbərsizdirlər. Necə yaşayırsa, avtomobili də elə idarə edir. Qaydalara qarşı ciddidir. Yolda dəlisov hərəkətlər ondan çox uzaqdır.
Təbii ki, bu bölgü tamamilə özünü doğrultmaya bilər. Hər şey vəziyyətdən və avtomobili idarə edən xanımın əhvalından asılıdır. Bu beş tipdə olan hər hansı bir xüsusiyyət gün ərzində hər xanımın başına gələ bilər. Hər halda söhbət qadından gedir. Qadın isə zamanından və məkanından asılı olmayaraq hər zaman gözlənilməz və sehrli ola bilər.
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri
- ŞƏRHLƏR