Bəli, mövzumuz qadınlar və aldadılma psixologiyasıdır. Qadınları kifayət qədər tanıdığıma görə əvvəlcə onlara aid maddələri xatırladım:
Bir qadın həqiqətən kişisini sevirsə, aldadılmağı qəbul edə bilməz.
Qadınlar əsla aldadılmağı unutmaz, içində saxlayar, zamanı gəldikdə bunu onun üzünə vurar.
Sevgisi bitdisə, daha yaxşısı olana qədər yenə sizinlə olar. Yalnız daha yaxşısını tapdıqdan sonra çıxıb gedər.
Lakin hər şeyə baxmayaraq sevən qadın bir çox halda xəyanəti bağışlayar, amma buna təbii ki, zaman lazımdır.
Əziz qadınlar, bilirəm ki, aldadılmaq pis bir duyğudur. Əgər həqiqətən sizi sevən bir adam bunu edibsə və siz həqiqətən sevirsinizsə lap çətindir. Hər bir insanın qüruru var və aldadıldığı zaman qüruru sınar.
Lakin bunu bilmənizi istəyərəm, həqiqətən sevən kişi aldatmaz, kişi aldadırsa, münasibətlərdə mütləq bir problem vardır.
Aldatma üç yerə ayrılır:
1. Romantik aldatma
2. Fiziki aldatma
3. Romantik və fiziki aldatma
İkincisi daha iyrənc kimi gəlsə də, əslində qadınları yaralayan romantik aldatmalardır. Çünki qadınlar kişinin ‘seks' düşkünü olduğunu yaxşı bilir. Qarşı cins tərəfindən başdan çıxardılan bir kişinin asanlıqla "xeyr" deyə bilməyəcəyini də bilir.
Lakin söhbət romantik aldatmadan gedirsə, fiziki təmas olsun-olmasın, qadınlar çox böyük yara alır. Çünki çox dəyər verdikləri kişilərinin bir başqasını bəyənməsi, onların o gözəl ürəklərində çox dərin yaralar açar.
Fiziki və romantik aldatmanın bir yerdə olması isə işin daha gərgin olduğunun göstəricisidir. Belə bir aldatmanın sonu olmaz və nəticədə kişi qadını tərk edər. Evlidirsə də boşanarlar.
Aldatmaları qısaca təyin etdikdən sonra indi başqa bir mövzuya-virtual aldatmağa toxunaq. Virtual aldatma həyatımıza 1990-cı illərdə daxil olub. Söhbət otaqları, tanışlıq saytları və ani vaxtda mesajlaşma proqramlarının istifadə edildiyi bu aldatma forması virtual başlayıb həqiqətə çevrilə bildiyi kimi, əbədi virtual olaraq da qala bilər. Bu da adamın realda yaşadığı əlaqənin vəziyyətindən asılıdır.
Virtual aldatma bəzən qadağa olunmuş söhbətlərdən kənara çıxmadığı halda, bəzən virtual seksə, qarşılıqlı cinsi orqan nümayişi və masturbasiyaya qədər gedə bilər. İndiki vaxtda veb kamera, qulaqlıqlı mikrofon və dinamik deyilən multimediya sistemlərinin inkişafıyla, virtual aldatma da geniş vüsət almışdır.
Virtual aldatmanın səbəbləri, insanın real həyatındakı əlaqəsindən xoşbəxt olmaması, cinsi soyuqluq, kifayət qədər birlikdə ola bilməmək, sevgi azlığı, qarşıdakından gözlənilən sevgini görə bilməmək, eyni qərara gələ bilməmək, birlikdə söhbət edə bilməmək ola bildiyi kimi, kişi ya da qadının sırf acgözlülüyü və real həyatda bir şey etməyə cəsarətim yox, heç olmasa virtual sekslə məşğul olum məntiqiylə də ola bilər. Nəticədə realhəyatda olsun ya virtualda, aldatma aldatmadır və təqdir ediləcək bir şey deyil.
Bir kişi qadınını aldatmaq kimi bir səhv edirsə, bu qızıl qaydaları tətbiq etməlidir.
Qətiyyən iz buraxmamalıdır.
Bir dəfəlik bir şey etməlidir.
Telefon verməməlidir.
Üzərində saç tükü, pomada izi kimi qadın xas heç bir şey olmamalıdır.
Virtual aldadırsa, söhbəti yaddaşda saxlamamalıdır.
Virtualda əsla real şəxsiyyətini açıqlamamalıdır.
Mütləq qadının bu hadisəni bilməməsini təmin etməldir.
Əgər qadın yoldaşının onu aldatdığını bildisə, əlaqənin davam etməsi çətindir, amma qeyri-mümkün deyil.
Əziz qadınlar, bunu unutmayın ki, hər kəs səhv edir. Əhəmiyyətli olan səhvdən dərs çıxartmaqdır. Aldatmanın da dərəcələri vardır və bəzən kişilər sırf öz eqolarını təmin etmək üçün axmaqlıq edə bilər. Nəticədə qarşınızdakı adam sizi həqiqətən sevirsə, kiçik bir səhvi çox böyütməmək lazımdır.
Eyni zamanda mütləq yüngül bir cəza verilməli, kişi süründürülməli, amma nəticədə səhvini anladığından əminsinizsə və həqiqətən itirilməməsi lazım olan biridirsə, daha bir şans verilməlidir.
Həm də əvvəldə dediyim kimi kişi aldadırsa, mütləq qadının da bir çatışmayan cəhəti vardır. Bu səbəbdən də qadınlar özlərinə baxmalı və öz səhvlərini də bu müddətdə düzəltməlidirlər.
Əgər bu aldatma sindromu zərərsiz ölçüdədirsə, qadın əlaqəni yenidən alovlandıra bilər. Yetər ki, hər iki tərəf bir-birinin qədrini bilsin
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şuşasız 25 il...
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
Daha çox hansı yaşda xoşbəxt oluruq?
12 il sonra sahibini tapdı
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi
"Neftçi" fanatlarına şad xəbər
İdmançımız erməni rəqibini “sürüdü”
Sərxoşluqdan əziyyət çəkən məşhurlar - SİYAHI
Məşhur aktrisanın 1 milyonluq bağ evi-FOTO
İŞİD xristianların şəhərini tutdu
Kosmosdan sirli səslər gəlir
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Sabah hava necə olacaq?
"Ən zövqsüz geyim"...
Günün qoroskopu:Maraqlı xəbərlər eşidəcəksiniz
Kraliça moda şousuna qatıldı - FOTO
Qapıdan at nalı asmaqla evin ruzisi artarmı?
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir
Bakıda anomal şaxtalar gözlənilir
Ana südü hansı orqanın məhsuludur?
Uşaqlar kifayət qədər hərəkət etmir
Leyla Əliyeva “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatında iştirak edib
Xiyar turşusu (foto-resept)
Saçaqlı geyimin tikilişi
Şeymanın sevgilisi ətək geyindi-FOTO
“Yalandan deyirlər ki, kərə yağıdır” - VİDEO - FOTO
Möcüzə şəkillər
"Elen və uşaqlar" serialı ilə bağlı 8 maraqlı fakt
Toyuq ətindən isti yemək (foto resept)
Əfsanəvi futbolçu xəstəxanaya düşdü
Ev almaq istəyənlərə şad xəbər
Cennifer Enistondan gözlənilməz addım-FOTO/VİDEO
HAVA necə olacaq?-5 FEVRAL
ABŞ-da Azərbaycanla bağlı veriliş yayımlandı
2015-ci ilin ən yaxşı filmləri seçildi
Lobyalı şorba
Asiyalar niyə arıq olur?
TQDK nəticələri açıqladı
20 aylıq körpə transfer olundu
Canlılar danışmadan necə xəbərləşirlər
Hər kəs bu cütlükdən danışır-FOTO
Parisin simvolu
İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, bu yazını oxuyun!
Love you forever
Azərbaycanın moda tarixinə QÜRURVERİCİ HADİSƏ - FOTO
Sentyabrın 26-ı qeyri-iş günü olacaq
Qadınlar rəssamların gözü ilə
Qaxda yeni körpü salınır
Barak Obamadan İrana jest
- ŞƏRHLƏR