Tənbəllik insanların əksəriyyətinin xasiyyətinə çevrilmişdir. Bəzən insan bir iş görmək qərarına gəlir. Lakin bu işi görməyə onun nə həvəsi olur, nə də enerjisi çatır. Belə bir fikir var: tənbəllik deyilən şey yoxdur. Biz bu fikri belə analiz edə bilərik: insan bu işi sadəcə görmək istəmir və onun bu işi görmək üçün kifayət qədər motivasiyası yoxdur. Bu haqda hər nə qədər yazı oxusa, film izləsə, mühazirə dinləsə də onda təsir qoymur. Məncə, insan üçün bir iş zəruri sayılsa el arasında tənbəl kimi tanınsa belə onu yerinə yetirəcəkdir. Misal üçün: yemək, ayaqyoluna getmək, yatmaq və s. kimi. Ola bilər ki, insan bunları icra etməyə ərinsin, həvəsi olmasın. Amma zərurət onu bu işi həyata keçirməyə məcbur edəcək. Tənbəllik, həvəssizlik və s. bu kimi mənfi sifətlərin qarşısını almaq üçün bir çox məsləhətlər verilmişdir. Biz isə bu məsləhətləri həvəslə oxuyur, lakin əməl etməkdən boyun qaçırırıq. Mən tənbəlliklə mübarizə aparmaqda daha çox təsirli olan 3 əsas yol qeyd edəcəyəm. Kim bunlara əməl etsə, bir müddət sonra özündə müsbət təsirlərini görəcəkdir.
1. İşlərinizi günün ikinci yarısına saxlamayın! Səhər tez durmağa çalışın. Axşama doğru getdikcə, insanın enerjisi tükənir. Lakin sübh çağı insan iş icraatı üçün hazır vəziyyətdə olur. Məsələn, telefonunuzu borcu olduğuna görə bağlayıblar. Buna baxmayaraq siz neçə gündür tənbəllik edib, borcu ödəməyə qarşı həvəssizlik göstərirsiz. Səhər vaxtları borcu ödəmək üçün ideal vaxtdır. Nahardan sonra bədəninizin enerjisi azalmağa başlayacaq və tənbəllik sizi daha çox əhatəsinə alacaq. Günorta yeməyi yedikdən sonra yuxulayacaq, tərpənməyə, bir iş görməyə həvəsiniz olmayacaq. Ona görə də, nə etmək istəyirsizsə, yalnız səhər - günortaya qədər yerinə yetirin. İkinci dərəcəli işlərinizi günortadan sonraya da saxlaya bilərsiz.
2. Bəzən həyatda hədəfsiz yaşayırıq. Hey düşünürük ki, 40-50 yaşımızda filan işləri görərik və arzularımız həyata keçər. Adətən şikayət etməyə daha çox vaxt sərf edir, lakin o şikayətlərin həlli istiqamətində səy göstərmirik. Özümüzü həyatın axarına buraxırıq. Amma bu səhv yoldur. Sabah nə olacağı barədə bizi heç kəs sığortalamayıb. Gecə yatmamışdan əvvəl sabah görəcəyiniz işləri planlaşdırın. Bir neçə zəruri plan hazır edin. Səhər durduqda isə tərtib etdiyiniz planı yerinə yetirin. Kiçik şeyləri hədəf almayın. Kiçik hədəf seçməyiniz sizin nə qədər kiçik olmağınızdan xəbər verir. Əgər özünüz üçün qeyd etdiyiniz gündəlik planı icra etsəz, axşam özünüzü yaxşı hiss edəcək və özünüzə "Əhsən!" deyəcəksiz. Belə bir addım atmaq həftəlik, aylıq və illik planlar tərtib etmə mərhələsinə müqəddimədir.
3. Bunu unutmayın ki, qorxunun üzərinə getmək lazımdır. Nəticə bizi qorxutmamalı, hədəfdən sapdırmamalıdır. Alınmasa da, ürəyimiz xətircəm olacaq ki, boynumuzdakı vəzifəni icra etmişik. Böyük nəaliyyət qazanmış insanlara baxaq. Onlar müvəffəqiyyət qazanmaq üçün min-bir əziyyətə tab gətiriblər. Zəhmət çəkib, var güclərini ortaya qoyub, hədəflərinə sarı istiqamətləniblər. Biz isə istəyirik ki, zəhmət və əziyyət çəkmədən nəyəsə nail olaq. Axı, bu ədalətsizlikdir. Əlaçı olmağı arzulayan, lakin dərs oxumağı istəməyən tələbə əla qiymət ala bilərmi? Onun çaba sərf etmədən, dərs oxumadan, yatağında uzanmış halda "Bu nə həyatdır, mən əlaçı olmaq istədim, amma alınmadı" - deməsi nə qədər doğrudur?
Elə isə bu günün işini sabaha qoymayaq. Bu gündən başlayaq. Uğurlar.
Fərid Abdullah
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün ulduz falı
Şagirdləri izləyən “ağıllı” geyim təqdim edildi
Sevin, sevilin, kəşf edin...
İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxaraq qalib gəldi
20 yaşlı qız hamilə olduğunu doğuş zamanı öyrəndi
Toylarda bizə niyə toy tuturlar?
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Nədir sevgi?
Qara nöqtələr üçün 3 təbii maska
Ağıllı və müdrik qadın arasındakı fərqlər
Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi
Anaya və ataya hörmət
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Bu şəxslər də güzəştli ipoteka krediti ALA BİLƏCƏK
Qeyri-adi toy karvanı hər kəsi təəccübləndirdi-FOTO
Azərbaycan Rusiyadan qaz alacaq
Sibel Can Bakıya gəldi
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
İnternetdə mühafizə problemləri artır
Dünyanın ən bahalı retro maşınları Bakıda
"Çinar" şokoladı (foto resept)
2019 toy trendləri
Neft ucuzlaşdı
Hədiyyə ilə bağlı etiket qaydaları-3 (son)
Saçlar sağlamlığınız haqqında nə deyir?
Azərbaycanda dövlət saytlarında niyə problem yaranıb?
Göz sağlamlığınız üçün incə məqamlar
Onlar qardaş imiş - FOTO
Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Listdə pendirli rulo boxça (foto resept)
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Əhaliyə xəbərdarlıq
Bananlı kokteyl (foto resept)
Həsən Məmmədovun bu gün doğum günüdür
HAVA necə olacaq? 18 Mart
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Depressiyadan xilas olmaq üçün nə etməlisiniz?
Namaz: Allaha ibadət, yoxsa...?
Dövlət qulluqçuları hər ay testdən keçəcəklər
23 gün Şaxtada yaşayan şəxs xilas edildi-VİDEO
Onu kim unudar?! "Məhəmməd, ay Məhəmməd..."
Yağları əridən çay
Bu gün Olimpiya çempionumuzun ad günüdür
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Kartof Kroket (foto-resept)
At şampununun saçlarımıza təsiri
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Şvartsenegger əməliyyat olundu
Bu günün hava proqnozu
Cəfəri ye,sağlam ol!
- ŞƏRHLƏR