Qadin.NET / Düşünməyə dəyər...

Düşünməyə dəyər...

Düşünməyə dəyər...


Kamil şəxsin gündəliklərindən... Müdrik insanın düşüncələri...

Dahi insanla hətta mübahisə etmək maraqlıdır...

Mən özümü dərk etməyə başlayanda  anladım ki, bəzən keçirdiyim bədbin hisslər  mənə yalnış həyat tərzimdən xəbər verir.
Bu gün əminəm ki, bu yolla insan özünü kəşf edir.

Mən özümü dərk etməyə başlayanda  anladım ki, fikirlərimi, istəklərimi məcburi kiməsə yeritməklə - onun könlünü sındıra bilərəm. Insan zamanında bir çox şeyi anlayır, deyişiklərə hazır olur. O şəxs - mən özüm idim.
Bu gün əminəm ki, bu yolla mən özümə hörmətlə yanaşmağı öyrənirdim.

Mən özümü dərk etməyə başlayanda  anladım ki, mən həyatımdan razıyam və tam irəli getmək üçün hər bir şəraitim var.
Bu gün əminəm ki, bu kamilliyə aparan yoldur.

Mən özümü dərk etməyə başlayanda  anladım ki, həyatımda hər bir hadisə vaxtında, zamanında baş verir. Mən hər an rahat ola bilərəm. Bu gün əminəm ki, bu yolla özünə inam artır.

Mən özümü dərk etməyə başlayanda  anladım ki, həyatın gözəlliyi bu günün özüdür. Həm dünənki gün, həm də ki, sabahkı gün gələcəyin qarşısında ACİZDİR. Çünki, insan reallığı düzgün təhlil etməsə irəli gedə bilməz.
Bu gün əminəm ki, bu sadəlik- gözəllikdir.

Mən özümü dərk etməyə başlayanda  anladım ki, mənə azca olsa da mənfi emosiyalar, hisslər yaşadan anlardan, insanlardan, əşyalardan, qida növlərindən azad olmalıyam. Bütün bu amillər məni aşağı  uçuruma yuvarlandırır.
Bu gün əminəm ki, bu yolla, mən özümü özümə qaytardım  sevməyə və qorumağa başladım.
Mən özümü dərk etməyə başlayanda  anladım ki, mən həttən artıq çox başqalarının gözündə yaxşı görünmək çalışıram. Və mən özümü belə yalnış addımlardam saxladım.
Bu gün əminəm ki, bu yolla mən təvazökarlığa doğru gedirəm.

Mən özümü dərk etməyə başlayanda  anladım ki, bəzi məsələlərdə qərar qəbul etməkdə ağıl mənə mane ola bilər. Bu beynin artıq yüklənməsi nəticəsində her hansı bir xəstəliyədə çevrilə bilər. Və başladım həlledici qərarlar qəbul edəndə - zehnimi urəyimlə birgə eşidim.
Bu gün əminəm ki, bu yolla mən  müdrüklük axtarırdım.

Gəlin özümüzlə konflkt, münaqişə yaşamaqdan qorxmayaq. Hətta düzgün aparılan mübahisə - müsbət kəşflər edir. Yeni fikirlər, düşüncələr yaradır.

Bu gün əminəm ki  Bu FAKT - HƏYATIN SİLİNMƏZ QANUNLARIDIR.

Size heyatda QALIB olmaği arzu edirem...


22 may 2010
GO BACK