Maddi problemlər
Həyat mübarizəsində qazanclarla xərclər arasında nizam qurula bilmirsə, uyğunsuz xərclər depressiya səbəbinə çevrilə bilər.
Ailə münaqişələri
Ailəsi ilə yaşayanlar və evlilər: evdəki münaqişələr, tənqidi yanaşmalar, ümidsizlik depressiyaya səbəb olur.
İşsizlik və ya həddindən çox yüklənmə
İş itkisi, uzun müddət iş tapa bilməyənlər depressiyaya düşə bilərlər. Çətin iş şərtləri də depresiyya səbəb ola bilər.
Ayrılıq
Ayrılıq təkcə ürək ağrısına yox, həmçinin öyrəşdiyiniz vərdişlərdən uzaqlaşmağa da səbəb olur. Birinin sevgisini itirmək bir çox insan üçün depressiya səbəbidir.
Mövsüm dəyişikləri
Xüsusilə, payızın gəlişi insanlarda hüzn yaradır. Gün işığının azalması, havanın tez qaralması, havanın sərinləməsi bu dövrün xüsusiyyətlərindəndir. Bu mövsümdə yatmaq yorucu ola bilər.
İtkilər
Bir yaxının itkisi insanın ölümlə üzləşdirir. Həm gedənin boşluğu, həm də ölümlə üzləşmə depressiya səbəbidir.
Xəstəliklər
Sağlamlıq problemləri mübarizə gücünü zəiflədir. Bu da depressiyaya səbəb ola bilər.