Hansı tip qadınlar narsistlərə meyil edir?
1. Özünü inamınız azdırsa,
2. Duyğusal çatışmazlıq hissiniz varsa,
3. Özünüzü qüsurlu hiss edirsinizsə,
4. Təsdiq edilmək və bəyənilmək üçün nəsə etməyə çalışırsınız.
Əgər bir narsistlə evlisiniz və bu narsistlə yaşamağa məcbursunuzsa, nə etməlisiniz?
1. Qəbul etməyi öyrənəcəksiniz. Xəyalını qurduğunuz yaxınlıq, istədiyiniz üzrlər sizə heç vaxt geri qayıtmayacaq. Tək istəyiniz başa düşülməkdi, bunu göstərməyə çalışdığınız an narsist özünü günahkar hiss etməyə başladığı üçün münaqişəyə başlayacaq.
2. Narsist sizi çox yaxşı tanıyırlar və qarşılanmamış ehtiyaclarınızı bilir. Sizi daima idarə edir, azad olduğunuzu düşünsəniz də. Bunun fərqində olun.
3. Epatiya bacarıqları azdı, qarşı tərəfin ağrısını hiss etməz. Sevmək və sevilmək istəyinizi görməyəcək. Hər şeyin ən gözəlinə layiq olduğunu düşünərək, sizə bunları əsla verməyəcək.
4. Bəzi yerlərə getməyə sizə qadağa qoyaraq, zehninizdə sizi qısqandığını göstərən şübhə yaradacaq.
5. Sizə yaxşı qadın, yoldaş, ana olmadığınızı deyər və ya belə hiss etdirər.
6. Onun məqsədi özünüzü itirib, onun idarəsi altına keçməyinizdir. Əsəblərinizi cilovlayın, özünüzü təsdiq etməyi öyrənin.
7. Ona şəfqətlə yaxınlaşaraq onu dəyişə biləcəyinizi düşünməyin. Onun tək istəyi heyranlıq və gücdür.
Serhat Yabancı (evlilik və ailə məsləhətçisi)
Tərcümə: Ustaclı