Gərgin olan əzələləri yumşaldın
Əsəbləşəndə bədəndəki əzələlər gərginləşir, ağır adrenalin yükü buna səbəb olur. Belə hallarda qollarınızı dartaraq və ya bəzi dartınma hərəkətləri ilə gərginliyi azalda bilərsiniz.
Özünüzü rahat hiss edəcəyiniz bir yer tapın
Əsəbləşəndə, ətrafınızda insanların olması sizə pis təsir edə bilər. Belə hallarda sizi özünüzdən çıxaran nədirsə, ordan uzaqlaşın. Sakitləşmək və hadisələrədaha açıq gözlə baxmaq üçün problem yaradan səbəbləri beyninizdən uzaqlaşdırın. Sakitləşmək üçün sakit mühit tapın. Fiziki və ya zehni yer olmasında fərq yoxdur. Özünüzü rahat hiss etdiyiniz yer olsun.
Stressə qarşı bitki çayları için
Sakitləşdirici xüsusiyyəti olan şəfalı bitkilər az deyil. Melisa və limon otu ən təsirli olanlardır. Pişikotu, ihlamur və lavanda çaylarını da siyahıya salın. Bu çaylar sakitləşməyə kömək edir.
Dərin-dərin nəfəs alın
Dərin nəfəs almaq sinirlərinizi sakitləşdirməyə kömək edən ən asan üsullardandır. Burnunuzdan yavaş-yavaş nəfəs alın. Qarnınızın hava ilə dolduğunu hiss edin. Yavaş-yavaş 5-ə qədər sayın. Nəfəsinizi 4 saniyə saxlayın. Beşə qədər sayarkən ağzınızdan yavaş-yavaş nəfəsi verin. Yavaş-yavaş nəfəs almaq ürəyi sakitləşdirir.