Qadin.NET / Qorxudan xilas olmaq mümkündürmü?

Qorxudan xilas olmaq mümkündürmü?

 

 Qorxu insanları əsarət altına salır və bəşəriyyətə inkişaf etmək imkanı vermir. Bu hiss insanların uzun illər boyunca xəyal və arzularını gerçəkləşdirməyin qarşısını alır.

Qorxudan xilas olmaq mümkündürmü?

Aşağıda qorxudan yaxa qurtarmaq üçün bir neçə məsləhəti sizlərə təqdim edirik:- Aydınlıq üzə çıxan zaman qorxu yox olur. İnsan bilmədiyi, yaşamadığı şeydən qorxur. Amma bilmədiyi, duymadığı aşkara çıxdıqda qorxulu bir şeyin olmadığını görür.

 

- Səhvlərdən qorxmaq lazım deyil, onlar mövcud deyil. İnsan hələ görmədiyi, nəticəsindən bixəbər olduğu şeydən qorxmamalıdır.

 

- Əgər qorxunun mövcud olmadığını bilsəydin, özünü necə hiss edərdin?

Qorxudan xilas olmaq mümkündürmü?

- Bütün qorxuların kökündə ölüm qorxusu durur. Amma unutmaq lazım deyil ki, ölümü hamı

 

dadacaqdır. Bu hissdən hələ heç kəs qurtulmayıb, hətta ən cəsur insanlar belə, ölüm şərbətini içmişlər.

 

- Qorxu hər zaman ümidsizlik, qəzəb, küskünlük və məyusluğun müşaiyəti altında hərəkət edir.

 

- Əgər qorxunun nə olduğunu bilmir, onun dərki ilə qarşılaşmamısansa, belə bir hissi məğlub edə bilməzsən.

 

- Qorxuya qələbə çalmaq üçün onun üzərinə yerimək lazımdır.

 

- Qorxusuz, cəsur insanlarla həmsöhbət olmaq insanda özünəinam, cəsarət, şücaət kimi hissləri oyadır.

 

- Qorxu yalnız hərəkət etməklə aradan gedir.

 

- Qorxunu bir dəfə cəhd etməklə deyil, inad göstərməklə məğlub etmək mümkündür. Qorxu heç vaxt bir dəfəyə məğlub olmur.

Qorxudan xilas olmaq mümkündürmü?

- Qorxu hissi heç zaman ölmür. Amma qorxu hissindən yaxa qurtarmaq və ya onu zərərsizləşdirmək mümkün olan işdir.

 

- İnsanda qorxu hissinin yaranması, inamını itirməsi anlamına gəlir.

 

- Qorxu problemləri həll etmir, əksinə, onları artırır.

 

- Tərəddüd etmək tezliklə yaxınlaşmaqda olan qorxunun caynaqlarına bənzəyir.

 

- Qorxu və ehtiyat bir-birindən fərqli məfhumlardır.

 

- İnsanın başına gələ biləcək ən qorxulu şey vicdan və sevgisini itirməsidir.

 

- Qorxaq insan nə istədiyini bilmir.

 

- Qorxu əleyhinə yeganə məlhəm Sevgidir.

 

Hazırladı: Farid Abdullah

11 may 2019
GO BACK