Məşhur avstriyalı alim, psixoloq Ziqmund Freyd psixoanaliz elminin banisi sayılır. O, ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun, pasient və psixoanalist arasındakı dialoqa əsaslanaraq psoxopatologiyanın müalicəsinin yaradıcısı kimi də tanınır.
Z.Freyd insan ruhunun faciəsinin səbəbini və onu sağaltmaq üçün nələr etməli olduğunu çox yaxşı bilirdi. Sizə ruhunuzdan təlaş hissini yox etmək və özünüzü daha yaxşı anlamağınız üçün Ziqmund Freydin 17 tövsiyəsini təqdim edirik.
1. İnsan ruhunun sirri onun uşaqlıq dramlarındadır. Çalışın o dramları aşkarlayasınız, bu zaman şəfa özü gələcək.
2. Özünüzü müqayisə etməli olduğunuz yeganə insan - keçmişdəki özünüz. Daha yaxşı olmağa çalışdığınız yeganə insan - indiki siz.
3. Sən gücü və əminliyi özündən çöldə axtarmağa davam edirsən, amma əmin ol ki, onları öz içində axtarmalısan. Onlar həmişə orda olublar.
4. Şübhəsiz ki, təlaş problemi bir çox vacib sualların düyün nöqtəsidir. Təlaşın müəmmasının tapılması insanın bütün psixoloji həyatını aydınladacaq.
5. Nevroz - qeyri-müəyyənliyə dözə bilməməkdir.
6. Sevgi məsələlərində biri-birinizə mərhəmət etməyin, bu yadlaşmağa səbəb ola bilər. Çətinliklər varsa, onları dəf etmək lazımdır.
7. Təəssüf ki, basdırılmış emosiyalar ölmür. Onlar susmağa məcbur edilsələr də, insana daxildən təsir etməyə davam edirlər.
8. Heç nə təsadüf nəticəsində baş vermir. Hər şeyin ilkin səbəbi olur.
9. Xoşbətlik uzun müddət məhdudlaşdırdığımız tələbatlarımızın tətmin olunması halında baş verir.
10. Anasının əvəzsiz sevimlisi olan insan həmişə özünü qalib kimi hiss edəcək və həmişə içində uğura inam olacaqdır. Bu isə əksər hallarda insanı həqiqi uğura aparır.
11. Yuxular heç vaxt boş olmur. Biz mənasız saydığımız şeylərin yuxuda bizi narahat etməsinə imkan vermirik. Günahsız yuxuların belə bizi narahat edən səbəbləri var. Əgər onları yaxşı yoza bilsək, görərik ki, hər yuxunun əsaslı səbəbləri var.
12. Depressiya dondurulmuş qorxudur.
13. Sevildiyini hiss edən adam cəsur və özünə güvənən olur.
14. İnsanlar reallıqla qane olmadıqları üçün arzularının gerçəkləşdiyini xəyal edərək fantaziyalar dünyasında yaşayırlar. Güclü şəxslər bu arzularını gerçəyə çevirirlər. Zəif şəxslər isə elə fantaziyalar dünyasında yaşamağa davam edir və onların arzuları fərqli xəstəliklərin simptomlarına çevrilir.
15. Özünə qarşı tam dürüst olmaq ən yaxşı tapşırıqdır.
16. Məşğul insanın yanına yaramazlar qonaq gəlmir – qaynayan qazana milçəklər qonmayan kimi.
17. Sadəcə uşaqlıq arzunun yerinə yetməsi xoşbəxtlik gətirə bilər.
publika.az