Səssiz qalmağa üstünlük verirlər
Zehinlərindən keçən düşüncələr bəzən o qədər sürətli hərəkət edir ki, demək istədiklərini tam olaraq ifadə edə bilmirlər. Belə hallardan qaçmaq üçün səssiz qalmağı və sadəcə lazım olduqda danışmağı seçərlər. Danışmaq istədiklərinin digər insanların başa düşməyəcəyini düşünürlər.
Yuxu ilə bağlı problemlə üzləşə bilirlər
Ən çox yayılmış xüsusiyyətlərdən biri budur. Yuxu rejimləri digərlərindən fərqlidir. Digər insanlar kimi müəyyən saatlarda yatağa girərək yuxuya getmək onlara işgəncə kimi görünə bilər. Yuxuya getmədən əvvəl zehinləri heç susmaz, onları düşüncədən düşüncəyə aparar. Buna görə də, gec saatlarda yatarlar.
Dostları azdır
Geniş ətrafa sahib ola bilərlər, ancaq dost olaraq çox az insanı yaxınlarında saxlayarlar. Açıq sözlü olduqları üçün dostları azdır. İnsanların xətalarını üzlərinə dedikləri üçün çox insan tərəfindən sevilməzlər. Öz xətalarının da üzlərinə deyilməsindən xoşları gəlir.
Oxumağı və araşdırma aparmağı sevirlər
Xüsusilə, oxumaqdan və araşdırma aparmaqdan xoşları gəlir. İnternet başında saatlarla oxumağı sevirlər. Zehni inkişaflarını dəstəkləyən kitabları oxumağı sevirlər. Hər mövzuya dair fikirləri var. Zaman necə axıb getdiyini unudaraq, kitab oxuya bilərlər.