Tənbəllik, hərəkətsizlik və yaratmağa qarşı motivasiyasızlırdır. Tənbəlliyə meyilli şəxs, işə gec gedə bilər, icazə almadan və ya hər hansı narahatlıqla əlaqəli işə getməyə bilər, işdən çıxa bilər, münasibətində problemlər ola bilər, insanlarla ünsiyyət qurmaz.
Tənbəl evini və otağını yığışdırmaqda çətinlik çəkə bilər, kitab oxumağa başlaya bilməz, idman etməz, çatdırılması vacib olan işlərə isə vaxt yaxınlaşdıqda başlaya bilər. Edilən işlər zehnini məşğul edirsə, stressə düşər və depressiyaya düşər.
Tənbəl insanlar hər işdən qaçmaq istəyərlər. Daima rahat olmaq istəyərlər.
Ayrılıq kimi dəyişikliklər şəxsin motivasiyasını aşağı salaraq onu tənbəlliyə düçar edər.
Uşaqlıqda məsuliyyət verilməyən insanlar, böyüdükdə məsuliyyətdən qaça bilər.
Dəyişikliyə müqavimət göstərirsə, heç nə etməməyi seçər. Çətinliklərlə mübarizə apara bilməyəcəyini düşünüdüyü üçün davamlı asan olanı seçə bilər. Ətrafdakı insanlar hərəkətsizdirsə, onlardan təsirlənə bilər.
Tənbəllik insanın həyatına təsir etməyə başlayıbsa, hərəkətə keçməyin vaxtı gəlib.
Motivasiyanı artırmağa çalışmaq lazımdır. Bir neçə addım belə motivasiyanı artıra bilər.
Dəstək ala bilərsiniz. Xüsusi terapiyadan da keçə bilərsiniz.
Psixoloq Yasemin Aydoğdu