Toy günü hər iki tərəf üçün vacib günlərdəndir. Xəyallarındakı evliliyi reallaşdırmaq istəyərlər, bunun üçün hazırlılıqlara başlayarlar. İşlərin həddindən artıq artması cütlüklərin həyatının dəyişməsinə bağlı olaraq həyəcan və gərginlik yarada bilər.
Evliliyə qərar vermə və yeni həyata hazırlanma dövrü, hər nə qədər tərəflərin arzusu olsa da həyat tərzində fərqlilik olduğu üçün stressə səbəb ola bilir. Evlilik yolunda hazırlıq dövründə hazırlanan planlar və ailələrin istəkləri stress yaratdığı üçün cütlüklər birlikdə hərəkət etməlidirlər.
Evlilik stressinin öhdəsindən gəlməyin yolları
- Stressin səbəb olduğu mənbəni təhlil edin
- Bu dövrü rahat keçirmək üçün bir-birinizi dinləməyi bacarın.
- Ortaya çıxan problemləri birlikdə aradan qaldırın.
- Səhv olan davranışları qəbul edib, sakit qalmağa çalışın.