Mütəxəssislər, insanın bədən kütlə indeksinin genetikaya bağlı olaraq artmasının depressiyaya səbəb olduğunu ortaya çıxardılar. Depressiya tutulma riskinə görə qadınlar kişilərdən daha çox diqqət çəkirlər.
Beynəlxalq Epidemologiya jurnalında yazılanlara görə 2006-2010-cu ildə araşdırmaya qatılan 37-73 yaş aralığında 500 min könüllü ilə aparılan çalışmada alınan nəticələr (Biobank) , Böyük Britaniya və avstraliyalı alimlər tərəfindən istifadə olundu.
Araşdırma qrupu depressiyada olduğun əmin olduğu 49 min insan müəyyənləşdirdi. Eyni zamanda araşdırmacılar genetik faktorların depressiyaya girmə riskini artıdığını və qadınların kişilərdən daha çox depressiyaya meyilli olduğunu ortaya çıxardılar.
Yaş və cinsiyyəti nəzərə alaraq, 73 genetik faktora əsaslanaraq aparılan araşdırmalara görə, hər 4.7 ballıq kütlə indeksinin artmasında adətən depressiya girmə riski 18% olduğu halda, qadınlarda bu hal 23 faiz daha çoxdur.