Liderlik-insani davranış formalarının bir təcəssümü və bu davranış formalarının nəticələrini də içərisinə alan xüsusi bir müddətdir.
Strateji Rəhbərlik Məsləhətçisii Prof. Dr. İsmayıl Üstel, xaos dövrləri, böhran mühitləri, köklü dəyişmə dövrələri, şok inkişaflar, naməlumluq şərtləri və yüksək gərginlikli mühitlərin liderlik xüsusiyyətini su üzünə çıxardan zamanlar olduğunu ifadə edir.
Prof. Dr. İsmayıl Üstel, adamın lider ola bilmə xüsusiyyətlərinin anadangəlmə olduğunu,ancaq, bunun həyata keçirilməsi üçün adama vizion qazandıran təhsillərə ehtiyac olduğunu söylədi. Liderlik və genetik xüsusiyyətlər əlaqəsini almaz və brilyant əlaqəsinə bənzədən Prof. Dr. Üstel, genetik quruluşda olan xüsusiyyətlərin işlənərək, hərəkətə keçirilib müvəffəqiyyətə çevrilə biləcəyini ifadə etdi.
"Karizma liderliyin zəmanəti deyil"
Prof. Dr. Üstel, lider kəslərdə, cəmiyyətə liderlik etmə motivi, müvəffəqiyyət inancı, məsuliyyət duyğusu, özünə inam, realizm, müsbət yanaşmalar və tükənməz bir əzm olması lazım olduğunu, ovsunlayıcı bir görünüşünün isə liderlik üçün şərt olmadığını ifadə edərək, "Karizma, liderlik ön şərti deyil. Karizma lider olmağı zəmanət etməz" dedi.
Karizma (Köhnə Yunanca: Χάρισμα "Tanrı hədiyyəsi, vergisi"), fövqəladə cazibədarlığı olan liderlərin özünə və şəxsiyyətinə yaraşdırılan ovsunlayıcı güc və qabiliyyət deməkdir. Bu liderlər siyasi və dindənkənar ətraflardan çıxa biləcəyi kimi dini kəslər də ola bilər.
Lider xüsusiyyətə sahib kəslərin, digərlərindən ən əhəmiyyətli fərqinin addımlarını təyin edərkən, doğru yer və doğru zamanı təyin etmələri olduğunu yazan Prof. Dr. Üstel, "İdarəçilik, mismarı divara doğru vurmaqdır. Liderlik isə mismarı doğru divara vurmaqdır" deyə danışdı.
Qarışıqlıq dövrü
Genlərində liderlik xüsusiyyətləri olan kəslərin, qarışıqlıq dövrlərində ön plana çıxdıqlarını izah edən Prof. Dr. Üstel, belə davam etdi:
"Liderlik və şərtlər arasında əhəmiyyətli əlaqə var. Xaos dövrləri, böhran mühitləri köklü dəyişmə dövrələri, şok inkişaflar, naməlumluq şərtləri və yüksək gərginlikli mühitlər liderlik xüsusiyyəti daşıyan insanların bu istiqamətlərini su üzünə çıxardan zamanlardır. Bir mənada da, liderlik bu şərtlərlə mübarizə edə bilmə qabiliyyəti olduğu üçün, mənfi mühitlərdə risk ala bilən hədəfə kilidlənən, dinamik qərarlar verə bilən, stresslə baş edə bilən və müvəffəqiyyətsizlikdən dərs alaraq yoluna davam edə bilən kəslər lider olaraq insanları arxasından sürüyə bilər.